XƏBƏR AXIŞI

“Mauqli” məğlub olduğu hollandiyalıdan qisasını ala bilər

  • 40 nəfər oxuyub

Avqusutun 23-də Çeçenistanın paytaxtı Qroznıda azərbaycanlı kikboksçu Zabit Səmədov hollandiyalı Errol Tsimerman ilə revanş döyüşü keçirəcək.

7news.Az-ın məlumatına görə, döyüş Çeçenistanın ilk prezindenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir çərçivəsində baş tutacaq.

Qeyd edək ki, 2008-ci ildə Avropa Qran-prisinin finalında hakimlər qələbəni hollandiyalı döyüşçüyə verib. Lakin Z.Səmədovun komandası hakimlərin bu qərarı ilə razılaşmayıb.

 

7news.Az