XƏBƏR AXIŞI

MARKETLƏRDƏ KÖHNƏ MƏHSULLAR SATILIR

  • 47 nəfər oxuyub
Bakıda marketdən qatıq alan şəxs gördüyü mənzərə qarşısında heyrətlənib. Adətən, ağ rəngdə olan qatıq elə kiflənib ki, üz hissəsinin rəngi dəyişib.

7news.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu mənzərə ilə Bakıda yaşayan Saxvəli Vəliyev qarşılaşıb.

Məhsulun satıldığı marketdən isə bildirilib ki, sözügedən qatıq "Uzun ömür" süd məhsulları MMC-nin məhsuludur. MMC-nin məhsulunda tez-tez belə xarabolma halı aşkarlanır. Buna görə məsuliyyət istehsalçının üzərində düşür.

O ki qaldı məhsulun keyfiyyətini itirməsinə baxmayaraq, vitirində qalmasına, marketdən bildirilib ki, son istifadə tarixi 18 iyun olduğuna görə satışdan yığışdırmayıblar.

Bu qatığın istehsalçısı olan şirkətlə əlaqə saxlamağa çalışsaq da, məhsulun üzərində göstərilən nömrəyə cavab verən tapılmadı.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, məhsulun vaxtı bitmədən xarab olması o mənaya gəlir ki, onun saxlama şəraitinə əməl edilməyib. Bu hala görə sahibkar 400 manat, məhsulun üzərində son istifadə tarixinin oxunaqlı olmamasına görə isə 1500 manat miqdarında cərimə oluna bilər.
 
7news.Az