Mariya Şarapova ideal vücudunu göstərdi - FOTOLAR

Mariya Şarapova ideal vücudunu göstərdi - FOTOLAR

Dünyanın qadın tennisçilərinin reytinqinin sabiq lideri, 29 yaşlı rusiyalı Mariya Şarapova Havay arxipelaqında istirahət edir.

7News.az TMZ-yə istinadən bildirir ki, Mariya yarıçılpaq fotolarını sosial şəbəkələrdə paylaşmağı sevmir. Lakin o, Havay adalarında, okean sahilində olarkən əks olunduğu fotoları İnstagram akkauntunda yerləşdirib.

Sosial şəbəkə istifadəçiləri Mariyaya "sizin ideal vücudunuz var" yazıblar.

Ötən il M.Şarapovanın gəlirlərinin toplam həcmi 21,9 milyon dollar təşkil edib.

Rusiyalı tennisçi ötən ilin yanvarında meldonium istifadə etdiyinə görə diskvalifikasiya olunaraq yarışlardan kənarlaşdırılsa da, aktiv məşq edir. Onun birillik diskvalifikasiya müddəti bu ilin aprelin 26-da başa çatır.

M.Şarapova Harvard Universitetinin menecment fakültəsində də təhsil alır.

7News.az









Xəbər lenti