XƏBƏR AXIŞI

Külli miqdarda xarici valyutanı ölkədən çıxarmaq istəriblər – FOTO

  • 131 nəfər oxuyub

Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postundan keçməklə Azərbaycandan Rusiya istiqamətində gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən 7news.Az-a verilən məlumata görə, nəticədə, həmin vətəndaşın üzərində, yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilmiş 50 min Rusiya rublu əvəzinə 500 min rubl aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 

7news.Az