“Konturun var?” soruşub telefonu oğurladılar

“Konturun var?” soruşub telefonu oğurladılar

Oktyabrın 20-də metronun "Elmlər Akademiyası” stansiyasında sərnişinin  Kamran Məmmədzadənin telefonu oğurlanıb.

7news.Az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları dərhal şübhəli şəxsləri təqib edərək yaxalayıb və Şöbəyə gətiriblər.

Araşdırmalarla onların Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuş Kənan Əliyev və Əli Həsrətov olduqları məlum olub.

Müəyyən edilib ki, onlar səhər saat 8.00 radələrində metro stansiyasının qarşısında tələbə Kamran Məmmədzadəyə yaxınlaşıblar və sonuncunun mobil telefonundan zəng etmək üçün konturun olub-olmadığını soruşublar. Onlardan biri kiməsə zəng etmək üçün telefonu alaraq danışmaq adı ilə kənara çəkilib. Kamranın yanındakı ikinci şəxs isə qaçıb aradan çıxmağa çalışıb.

Üzərlərinə baxış zamanı K.Məmmədzadəyə məxsus mobil telefon aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb.

7news.Az

Xəbər lenti

Krasnoselsk, rayonu', ), ), ); ?>