XƏBƏR AXIŞI

"Kia Motors"un "problemi yoxdur" dediyi avtomobil sürücünü 5 min dollar ziyana saldı - ŞİKAYƏT

  • 110 nəfər oxuyub
Azərbaycanda fəaliyyət göstərən avtomobil şirkətləri və onların servislərindən şikayətlər artır.
 
azxeber.com-a müraciət edən şikayətçi Hüseyn Bağırov "Kia Motors” şirkətinin Azərbaycan nümayəndəliyindən şikayət edib. 
 
O oktyabrın 10-u "Kia Picanto” avtomobilini boğulma müşahidə olunduğu və maşının idarə edərkən problem yarandığı üçün "Kia Service”in Bakıxanov nümayəndəliyinə aparıb.
 
Müştərinin dediyinə görə, servisin baş ustası Bülent adlanan şəxs maşına baxış keçirib. O, bildirib ki, katalizator tutulub, ancaq problem sürət qutusundan da ola bilər.
 
Daha sonra onlar avtomobili komputer müayinəsi ediblər və yekun qərar olub ki, problem elə katalizatordandır, sürət qutusu yaxşı vəziyyətdədir: "Həmin gün dedilər, narahat olmayın, sabah gələrsiniz həll edərik, burada heç bir problem yoxdur. Səhəri, yəni 11 oktyabr saat 9:00 radələrində servisə gələndə yolda maşının sürət qutusu dağıldı. Evakuatorla apardım, dedilər ki, sürət qutusu dağılıb, təmir üçün 300 manat pul istədilər. Qalxıb müdiriyyətə vəziyyəti başa saldım, o, isə 200 AZN iş haqqı alandan sonra təmir edə biləcəklərini söylədi. Onu da qeyd etdilər ki, sürət qutusunu mən özüm almalıyam. Onun isə qiyməti 4-5 min dollar arası dəyişir”.
 
Müştəri bildirir ki, avtomobil 2014-cü ilin istehsalıdır. 3 dəfə motor yağı təcili olduğu üçün başqa yerdə dəyişilib deyə, avtomobilin zəmanətini ləğv edirlər. 38600 km yol istifadə olunub, zavod isə 45000 km zəmanət verir.
 
Qurumun fəaliyyət göstərən sosial media hesabında isə bu şikayətlə bağlı heç bir cavab verilməyib. 
 
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq./azxeber.com
 
 
 
7news.Az