XƏBƏR AXIŞI

Kənan M.M Salam Sarvanın şeirini "oğurladı"- BAĞIŞLA, OTAĞIM TÖR-TOKÜNTÜDÜ

  • 1557 nəfər oxuyub

7News.az xəbər verir ki, bu barədə tanınmış şair Salam Sarvan öz facebook səhifəsində şərh yazıb. Şərhi olduğu kimi təqdim edirik:

 

"Bu yaxında Kənan M.M-in çap etdirdiyi şeirdən bir bənd diqqətimi çəkdi:

 

Bağısla düsüncəm tör-töküntüdü
Xəyallar qoymur ki,gedim uzağa
Demə ki,həsrətin yaman pintidi
Xatirən tökülüb bütün otağa

 

Bimirəm, haqlıyammı, amma mənim "Sənli xatirələr dağılıb evə, bağışla otağım tör-töküntüdü" misralarımla çox mehriban görünür bu bənd. İddia eləmirəm ki, hörmətli Kənan bəy bunu bilərəkdən edib, o, heç bəlkə məni oxumayıb da. Amma görünür, ən azı, Azərbaycan şairlərini oxumaq lazımdır ki, belə "toqquşmalardan" qaça biləsən.

Düzü, heç vaxt belə xırdaçılıqlara getməmişəm. İndiyədək yazdığım şeirlərin ideyasının, ayrı-ayrı bəndlərinin, misralarının mənimsənilməsi (söhbət təsirdən getmir) halları çox olub. Bunu şair dostlarım, tanıdığım adamlar edib deyə, üstünü vurmamışam. Amma susduqca belə halların çoxaldığını görəndə, ehyam vurmaq qərarına gəldim.

Amma yenə də tərəddüddəyəm, bilmirəm, haqlıyammı?”


Müqayisə üçün Salam Sarvanın sözügedən şeirindən həmin bəndi də təqdim edirik:

Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdü?
Sənli xatirələr dağılıb evə –
bağışla, otağım tör-töküntüdü...