XƏBƏR AXIŞI

"Kəmərləri bağlayın, uçurdacam sizi" - Divara girən avtobusun pəncərəsindən insanlar özünü çölə atdı

  • 265 nəfər oxuyub
Bakının Nərimanov metrosu yaxınlığında ağır qəza baş verib. Avtobus şoferinin məsuliyyətsizliyi ucbatından idarə etdiyi 20 nömrəli avtobus divara çırpılıb. 9-cu sinif şagirdinin atası müharibə veteranı, ehtiyatda olan zabit Qənbərov Aslan övladının həyatı üçün çox qorxduğunu təlaş içində big.az-a danışıb:

" Övladım 9-cu sinif şagirdidir, kursa gedir. Həmin gün də avtobusda olub. Avtobus şoferi görüb ki, cədvəl ilə ondan arxada qalan şofer onu ötüb, keçib. Bu da əsəbiləşib. Zəng edib o şeferə ki, sən görərsən indi mən gör səni necə ötüb, keçərəm. Sonra deyib ki, ay camaat hazırlaşın uçurdacam sizi, kəmərləri də bağlayın. Avtobus şoferinin öz oğlu da avtobusda olub, uşaq çox qorxub, ata-ata qışqırıb. Camaat görüb ki, bu şoferi sakitləşdirə bilmirlər. Artıq qəza baş verən dəqiqələrdə hamı özünü pəncərələrdən çölə atıb. Oğlum da elə ... Avtobusun şüşəsini sındırıblar, insanlar özlərini çölə atıblar. Belə məsuliyyətsizlik, səriştəsizlik olar ? Axı o avtobu şoferinin nə haqqı var ki, bizim balalarımızın həyatı ilə oynasın ? Mən özüm 102-yə müraciət etmişəm. Hadisə baş verəndən sonra oğlum əsə-əsə, stress içində kənarda dayanıbmış, bir qız görüb uşaq özündə deyil, ona kömək edib evə gətirib". //big.az

7News.az