XƏBƏR AXIŞI

İrəvanda “Ruhani” havası çalınır - MİLLƏT VƏKİLİ YAZIR

  • 883 nəfər oxuyub

Öz də zildən. İsrailin Baş Naziri Netanyahunun Bakıya gəlişindən düz 8 gün sonra. Həsən bəyin "şəst”inə dəyibmiş mövzu. Ki, rəsmi Bakı bizim israrımıza rəğmən bu nə işdir tutub. Ələkçinin qıl verəni – Sarkisyan da düzəllənib meydana. "Pas” verir, züy tutur, çiyin qaldırır. Qələmi də əlində - gah drijoluq edir, gah klounluq, gah mirzəlik. Sazişləri imzalaya-imzalaya süzür. "Ruhani” həm də əməkdaşlıq, işgüzarlıq, qardaşlıq, həmrəylik havasıymış demə. Ona görə.

Zatı qırıq debil....

Bu düşük gədəni - Sarkisyanı hamı öz "hava”ına oynada bilir. Maraqlisi budur. Amma ortalıqda bir əmma var: yasda oynanılmaz ki. Ya da 8 gün sonra yas tutulmaz ki...Müsəlman qaydasına görə bunu ya "7”-də edərlər, ya "40” da ya da uzağı "52”-də. Yox əgər bu dəfə din mənsubiyyətini Sarkisyan deyil, cənab Ruhani unudubsa ( xristian dəbinə alidə olubsa) hə, bu artıq başqa məsələ. Çün, onlar elə yasda da içırlər, adam öləndə də oynayırlar. Əsas odur, şabaş mövzusunda fikirlər üst-ütə düşsün. Qalanı boş şeydir.


Bu səfər həm də iki gün öncə iki dövlət arasında imzalanan viza söhbətinin vızıltısı fonunda düzənlənib. Gediş-gəliş rahatlanandan sonra. Oysa, eviniz tikilsin, ikiniz də blokadadasınız ey. Xəbəriniz var? Biriniz iqtisadi, digəriniz də həm siyasi, həm iqtisadi. Yəni, təxminən bir blokda yaşayaraq hamı ilə dalaşan və sadəcə bir-biri ilə danışan iki qonşu fason şeysiniz. İndi də öz üzünüzə öz qapılarınızı açırsız. Sanki başqa girmək istəyən, ürəyi gedən, yalvaran varmış..

Acıq eləmək belə olmur e Ruhani bəy. Bu şıltaqlıqdır. Vay o günə ki, Azərbaycan sənə acıq eyləyəydi;

Amerika öz quru qoşunlarını üzərinə yeritmək üçün "tranzit sahə” xahişi ilə bizlərə minnətçi düşəndə sizlərtək davranaydı;

Ərazində yaşayan on milyonlarla soydaşımız ayağa qalxıb gurlayanda bircə müsajla siyasi gündəmi dəyişəydi;

Qırıcı təyyarələrin səmamızda icazəsiz dövrə vurarkən "lənət şeytana” deyib tarana gedəydi;

Müsəlmançılığı, qonşuluğu, verilən SÖZləri unudaydı...

Fəqət, Azərbaycan on illər boyunca yarım dəfə də olsun nakişilik etmədi. Etməz! Belə şeylər ümumən bizim kitabımızda edilməz.
Fərqimiz də bu zatən...

***

Neynirsən elə, Sarkisyanı çox oynatma. Daha doğrusu bərk (yeyin) mahnılara oynatma. Sonra qızışıb özünü "buraxır”, tərləyir, şitlik edir. Yiyəsinin də başı bu aralar özünə qarışıb. Gəlib tərli belinə solfet, yaylıq qoyası halı yoxdur...

 

7News.az