XƏBƏR AXIŞI

İransayağı vendetta: Zaminə buraxılan şəxs altı nəfəri güllələdi

  • 100 nəfər oxuyub

İranın Ərak şəhərində qətldə şübhəli bilinən və zaminə buraxılan şəxs onun həbsi ilə əlaqəli olan altı nəfəri öldürüb.

Qatil əvvəlcə onu həbs edən polisin evinə gələrək hüquq-mühafizə orqanının işçisini, həmçinin onun anasını, bacısını və qardaşını güllələyib.

Sonra o qətlində ittiham edilən şəxsin evinə gələrək mərhumun valideynlərini öldürüb.

Hazırda polis cinayətkarı axtarır.  /oxu.az

 

7news.Az