XƏBƏR AXIŞI

İmişlidə arxalı rəislərin harınlığı, özbaşınalığın sonu Cəbrayıl köçkünlərinin etirazı ilə nəticələnməli idi

  • 324 nəfər oxuyub
 Oktyabr 2016-cı il, sahibkar Qurbanov Murad bildirir ki, çörək sexi açmışam, 4 nəfər imkansız qadın odunla təndir çörəyi bişirir, evlərinə ruzi aparırlar.
İşıq idarə rəisi Mətləb işığa görə 1500, qaz idarə rəisi İsrafil Məmiyev 1500, su idarə rəisi Etibar isə, 1000 manat haqq –"şirinlik” istəyir, artıq sexi bağlamaq üzrəyəm. Muradın köhnə jiquli markalı avtomobili ilə işıq idarəsinə getdik. Katibədən xahiş etdik ki, rəisə deyin sahibkar və hüquq müdafiəçisi qəbulunuza gəlib. Kameradan görüb deyə, "qəbul etmir”-dedi. Müavini Yusif isə, qapısı açıq, rəislə üzbəüz otaqdan yekə qarnını masaya dirəyərək, "1500 manatı gətir, baxarıq”-deyəndə, "hansı ədalətlə belə edirsiz?”-dedim. Muradla mərkəzə qayıtdıq. Yazı dərc olunandan sonra 20 noyabr 2016-cı il tarixində su idarə rəisi Etibar dedi ki, sənin xətrinə gəlib müqavilə bağlansın, mən hazır və qaz idarə rəisi İ. Əliyevlə Qarabağ qaziləri ilə birgə, Heydər Əliyev Mərkəzinin arxasında, onun əməllərini üzünə sadalayanda, "idarəyə gələrsiz, söhbət edərik”-dedi. Bu adamın arxalı "naxçıvanlı” biri olduğunu keçmiş avtomobil müfəttişi (istefada, pensiyaçı) Rafiq Eyvaz oğlu Beytullayevi qanunsuz olaraq, sayğacının xarab olmasına görə 200 manat cərimə etməsini, Rafiqin isə, bütün instansiyalara şikayətindən sonra, 94 manat cərimə ödəyəndən sonra, şaxtalı (2016) havada olsa belə, qazını kəssələr də, açmasını bilirdim. Hal-hazırda, R. Beytullayev onu məhkəməyə çəkir. Eləcə də, işçiləri ilə harın davranmasını, hər həftə saat 08:20-dək beşinci günlər qazı kəsdiyini, hətta başçı V. Hacıyev çoxsaylı vətəndaş şikayətləri nəticəsində, İ. Məmiyevi bir-neçə dəfə tənbeh edib, xəbərdarlıq etsə də, arxası onu müdafiə edirdi. Hətta Abbas adlı həkim ilə əlbəyaxa çıxmasını da eşitmişdim. Nəhayət, 22 dekabr növbəti dəfə qaz kəsildiyinə görə, 200-ə yaxın sakinlər qaz idarəsi qarşısında etiraz aksiyası keçirdiyini də eşitmişdim. Həmin gün şaxtalı havada Cəbrayıl köçkünləri dözülməz şaxtaya dözməyərək, etiraza qalxmış, 5 nəfər həbs olunmuşdu. Nəhayət, qaz puluna nəzarətçilər Ağasəlim Hadıyev, Rabil Məmiyev 03 yanvar 2017-ci il məndən xahiş etdilər ki, rəislə görüş məsələni dinc yolla həll edin. 05 yanvar 2017-ci il ilk dəfə saat 12:05-də həmin idarədə olub, katibəyə içəri qəbula girməyimi xahiş edəndə, "buyurun, rəis təkdir”-deyə, cavab verdi. Salam verdim. İ. Məmiyev telefonla danışığı bitirdikdən sonra, gürzə kimi cavab verdi ki: "Hərə bir qırmızı qalstuk vurub, gəlib pul istəyir.” Ona sakitcə bildirdim ki,” kim səndən pul istəyir, şərəfsizdir, atasına lənət olsun”. Masa üstündə "Həqiqət və Reallıq” qəzetini görüb, dedim ki, bu qəzet reket qəzetidir. Bu dərgi YAP RT sədri Səfa Ağayevi, mərhum birinci katib Qadir İsmayılzadəni və eləcə də məni təhqir etməkdən, mərhum Q. İsmayılzadəyə erməni yazmaqdan çəkinmir. Siz də bu qəzeti təbrik etmisiniz ki, nə yazıb düz yazıb, sevə-sevə mütaliə edirəm”-yazmısız. 
         Rəis qırğıya dönüb, mənə hücuma keçdi, təhqiramiz ifadələr işlədib, vəsiqəni istədi, hüquq müdafiəçisi vəsiqəni alan kimi telefonu ilə bir-neçə dəfə çəkdi: "Gör sənin başına nə oyun açıb, məhv etdirəcəyəm”-deyərək, qırmızı görmüş öküz kimi məni çağnamaq istədi, bağıra-bağıra itələyərək, divara çırpdı, qapını açıb, katibələrin otağına itələdi. Oradan çıxıb rayon prokuroru Pənah Abbasovun qəbuluna yazıldım. Saat 12:13-də ərizə verdim. Prokuror bildirdi ki: "Bəlkə, şikayət etməyəsiniz”-arxasını bilirmiş yəgin.  09.01.2017-ci il prokuror köməkçisi Tural müəllim zəng edib, izahat verməyimi xahiş etdi. Bakıda olduğumu bildirdim.
         Oradan isə, RİH başçı əvəzi cənab Valid Ağayevin qəbuluna gəldim, bina qarşısında şifahi şikayət etdim: "Qudurublar”-dedi. "Həqiqət və Reallıq” qəzetini təbrik edib: "Siz obyektiv yazırsız, ürəyimizdən xəbər verirsiz və sair, və i.a. təbrik edənlər Şəhər İcra nümayəndəsi Məmi Atakişiyev, ƏƏSMM rəisi İntiqam Əliyev, Poçtamt rəisi Adəm Səfərov, "Zaminbank” rəisi Rəmzi Kazımov, Göygöl RPŞ  rəisi Bahadur Şükürov və sair vəzifəli pullular qəzeti təbrik edərək, bildirirdilər ki, YAP sədrini, mərhum, İmişlini şəhərə çevirmiş, Heydər Əliyevə yaxın kadr Qadir İsmayılzadəni, eləcə də, M. Zülfüqarlı və s. insanları düz edib təhqir etmisən”-demək istəyiblər. Bu adamlar "FETOÇU”, MTN-çidirlərmi ki, dolayısı ilə sözlərini deyib, İ. Quliyevə, qəzetinə haqq qazandırıb əl çalırlar. Məni Atakişiyev şəhər nümayəndəliyinin 2-ci mərtəbəsində reket qəzetçi İ. Q.  isə. birinci mərtəbədə komfort otaqda  otururlar, tez-tez öpüşüb, dərdləşirdilər. Qeyd edək ki, cənab Məmi müəllim 530 hektar pambıq əkib, 3 ay isə gəlməyib, pambığını yığdırıb, qayıdanda isə, reketi təbrik edib. Başqa qəzet, iqtidar qəzetləri onu dəng edib, ona görə də, masa üstü qəzeti İ.Q-nın dərgisi imiş. İ.Q. hətta, Milli Qəhrəmanımız İmamverdi Əliyevin qardaşı ziyalı Novruz Əliyevi "dələduz, dəllal”-yazaraq, təhqir, şantaj, böhtan etməkdən çəkinməyib. Harın rəislər isə, İ.Q-nı təbrik edib. "Turan.info.az” saytında getmiş: "Doğruları çarmıxa, oğruları yarmıxa çəkən tamada, reket qəzetçilər İmişlidə və Beyləqanda at oynadır” - açıqlamasınında surətini əlavə edirəm.
         Prezident Administrasiyasının rəhbəri cənab, akademik R. Mehdiyev, başçı və məmurları, məmur özbaşınalığına, korrupsiyaya görə tənbeh etməsi, İsrafil Məmiyevə, naxçıvan əsilli şəxsin heç vecinə də olmayıb. Mənim naxçıvanlı müxalif və iqtidar nümayəndələri dostlarım, həmkarlarım var, İnstitut müəllimim, evinin açarını mənə, tələbə ikən, vermiş Nemət Qənizadə, vaxtı ilə Bakı şəhərinin birinci katibi olub. Bu İ. Məmiyev görünür, naxçıvanlıları nüfuzdan salma yolunu bilərəkdən seçib, eləcə də, "Kapital Bank” rəisi də, naxçıvanlı şəxs Rafiq Beytullayevə söyüş söyməkdən çəkinməyib.
         Həmin gün eşitdim ki, işıq rəisi Mətləbi, müavini Yusifi, cəbrayıllı köçkünləri, bilərəkdən təxribata çəkdiyi üçün "dənnləyiblər”. Axı Qırmızı Xoruz ilidir, qaz rəisi isə, qırmızı görəndə o, söz, havalanır, əsəbiləşir, şirə dönür,  bilmirəmmiş.
         Bir işıq rəsmisi bildirdi ki, İmişli Qaçqınkom Aslan Abduləzimov, müavini Hafiz Həsənov təzə işıq rəisinin qəbulunda  müzakirə edirlər, niyə İran sərhəddində yerləşən, məhz Cabrayıl köçkünləri təxribata çəkildi. Eləcə də, Qaçqınkom Əli Həsənova, xalqa "otxod” deyən Astan Şahverdiyevə köçkünlər məlumat veribmiş ki, biz şaxtadan donuruq, xəstə düşürük, qoca, uşaq əziyyət çəkir, yol tapmayıblar, etirazın başqa formasını tapmayıblar-dedi işıq rəsmisi.
         08 yanvar 2017-ci il İmişli rayon Yalavac kənd sakinləri də, bələdiyyə sədri Qəhrəman Qəhrəmanovun talançılığına, korrupsiyaya yol verdiyinə, kəndin torpağını saxta və hərracsız tikinti kralı Əvəz Şükürova eləcə də, kərpic zavodun ərazisini satdığına görə etiraz mitinqi keçiriblər.
         Ağammədli kənd icra nümayəndəsi Şəmşəddin Pənahov isə, 16 ildir kənd sakini Əsəd Xəlilovun başına açmadığı oyun qalmayıb. Hətta, 15 mart 2012-ci il keçmiş başçının sifarişi ilə yaşlı insanı məhkəməyə də çəkib. Ə. Xəlilovu məhkəmənin əlindən hüquq müdafiəçiləri Oqtay Güləliyev, Nəsrulla Nurullayev, vəkil Fariz Namazlı məhkəmənin qarşısına toplaşmış, 100 nəfərdən çox sel köçkünü xilas ediblər. İcra nümayəndəsi hələ də, Ə. Xəlilovdan qisas alır. Arxası isə, deputat Xanhüseyn Kazımlıdır. İmişlini 5-6 arxalılar özəlləşdirib. Keçmiş başçı Ə. Ağayev  quyuya bir daş atıb ki, 100 ağıllı çıxara bilmir. Onun kadrları hələ də, fətir qulağı sulayır.
         "Qoroskop” qəzetinin illik sayında "XORUZ” ilində anadan olan liderlərin siyahısında Vilyam Hacıyev də var. Sözsüz ki, başçı bu il harınlamışları dənlədəcək. Mərhum ulu öndər H. Əliyev demişkən: "Talayanları, harınları bu il qıl körpüsündən keçirəcək.”//turaninfo
 
7News.az