XƏBƏR AXIŞI

İlham Əliyev Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verdi - YENİLƏNDİ - FOTOLAR

  • 72 nəfər oxuyub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da İran İslam Respublikasının ölkəmizdəki səfirliyinə gələrək İran İslam Respublikasının sabiq Prezidenti Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar başsağlığı verib.

Dövlətimizin başçısı İran İslam Respublikasının sabiq Prezidenti Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar matəm kitabına ürək sözlərini yazdı.

Prezident İlham Əliyev İran Teleradio Təşkilatının Bakı nümayəndəliyinin müxbirinə müsahibə verdi.

 7News.az