XƏBƏR AXIŞI

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub - YENİLƏNİB

  • 28 nəfər oxuyub

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Bolqarıstan prezidenti Rumen Radev və xanımı Desislava Radeva ilə görüşü olub.

7news.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Daha sonra İlham Əliyevin və Rumen Radevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

***


Azərbaycana rəsmi səfərə gələn Bolqarıstan prezidenti Rumen Radevinoktyabrın 13-də rəsmi qarşılanma mərasimi olub.

7news.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bolqarıstan prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı qarşılayıblar. 

Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan prezidentinə raport verib.

Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Azərbaycanın və Bolqarıstanın dövlət və hökumət nümayəndələri prezidentlər və birinci xanımlarla görüşüblər.

Prezidentlər və birinci xanımlar rəsmi foto çəkdiriblər. 

7news.Az