XƏBƏR AXIŞI

İlham Əliyev Almaniyaya etiraz etdi

  • 1919 nəfər oxuyub

Almaniyanın qondarma “erməni soyqırımı” ilə bağlı qərarı ədalətsiz qərardır və bu, siyasi sifarişdir.

7News.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Türkiyənin baş naziri Binəli Yıldırımla keçirdiyi mətbuat konfransında deyib.

Ölkə başçısı qeyd edib ki, bu qərar böyük erməni yalanı üzərində qəbul edilib: “Bunun dünən qəbul edilməsinin siyasi tərəfləri var. Çox güman ki, Türkiyəyə nəisə məcbur etmək və siyasətinə təsir etmək istəyirlər. Erməni məsələsi sadəcə bəhanədir. Böyük dövlətlərin əlində alətə çevrilib. 

Azərbaycan da oxşar vəziyyətlə üzləşib. Almaniya parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib, guya Azərbaycanda insan haqları pozulub. Azərbaycanda söz azadlığı, mətbuat azadlığı təmin edilir, azad internet mövcuddur. Azərbaycanda sərbəst toplaşmaq azadlığı var.

Bizə qarşı təxribatlar göstərir ki biz birlikdə güclü ola bilərik”-deyə prezident çıxışı zamanı vurğulayıb.