XƏBƏR AXIŞI

“Günəşli“də ölən 13 neftçinin ailəsinə sığorta ödənilib

  • 909 nəfər oxuyub

"Günəşli" neft yatağında baş vermiş qəzada həlak olan neftçilərə görə sığorta ödənişləri həyata keçirilib.

7news.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "PAŞA Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov deyib.

M.Rüstəmov qeyd edib ki, qəza nəticəsində həlak olan neftçilərlə bağlı onlara təqdim olunmuş sənədlər üzrə neftçilərin ailə üzvlərinə sığorta ödənişləri verilib:

“Təxminən 12-13 neftçi ilə bağlı sənədlər təqdim olunub və onların ailəsinə sığorta ödənişi tam həyata keçirilib. Konkret məbləğ yoxdur, işçidən asılı olaraq müxtəlif məbləğlər ödənilib. Bu istiqamətdə işlərimizi davam etdiririk".