XƏBƏR AXIŞI

GÖMRÜK ORQANLARININ VƏZIFƏLI ŞƏXSLƏRININ FƏALIYYƏT QAYDASI MÜƏYYƏN OLUNDU

  • 235 nəfər oxuyub

Bu gün Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclası keçirilib.

7news.Az Trend istinadən xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Özbəkistan gömrük xidmətlərinin, həmçinin Müstəqil Dövlətlər Birliyi İcraçı Komitəsinin nümayəndələri iştirak ediblər.

Şuranın qərarı ilə MDB gömrük orqanlarında risklərin idarə olunması sisteminin idarə olunması, reallaşdırılması və daha da təkmilləşdirilməsinə vahid yanaşmaların bərqərar edilməsi məqsədilə MDB iştirakçısı olan dövlətlərin gömrük orqanlarının fəaliyyətində risklərin idarə olunması sisteminin tətbiqinin Nümunəvi qaydası təsdiq edilib. Sənəddə risklərin idarə olunması sisteminin əsas məqsədləri, vəzifələri, quruluş prinsipləri, risk təhlilinin obyektləri, risklərin idarə olunması sisteminin elementləri, risklərin minimallaşdırılması mexanizmi, həmçinin malların buraxılışından əvvəl və sonra risk profilləri və indikatorları layihəsinin hazırlanmasında və nəzərdən keçirilməsində gömrük orqanlarının vəzifəli şəxslərinin fəaliyyət qaydası müəyyən olunub.