XƏBƏR AXIŞI

Gənclər Təşkilatları Milli Şurasının illik hesabat tədbiri keçirilib, yeni üzvlər təsdiq edilib - FOTOLAR

  • 793 nəfər oxuyub

 

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) illik hesabat tədbiri və üzvlərinin Məclisi keçirilib.

7news.az-ın məlumatına görə, tədbirdə dövlət rəsmiləri, gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbir dövlət himninin oxunması ilə başlayıb, ARGTMŞ-in hesabat xarakterli videoçarxı izlənib. Çıxış edən ARGTMŞ sədri Seymur Hüseynovtəşkilatın 2016-cı il üzrə fəaliyyət hesabatını və 2017-2018-ci illər üzrə İnkişaf Strategiyasını təqdim edib.

Gənclər və idman nazirinin müavini İntiqam BabayevAzərbaycanda həyata keçirilən gənclər siyasətindən bəhs edib, ARGTMŞ-ə fəaliyyətində uğurlar arzulayıb.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdir Vüsal Quliyev bildirib ki, ARGTMŞ-nin konfederativ qurum kimi fəaliyyət göstərməsi müsbət bir ənənədir. V. Quliyev ARGTMŞ-in bundan sonra da gənclər siyasətinə töhfə verəcəyinə inandığını vurğulayıb.

Gənclər və idman komitəsinin sədri Fuad Muradov daARGTMŞ-ə fəaliyyətində uğurlar arzulayıb.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər icraçı direktoru Fərhad Hacıyev isə çıxışında əsası Ulu Öndər tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini dedi. 

Tədbirin gedişatında ARGTMŞ tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən "Yerli" Kənd Gənclərinin İnkişaf Proqramının hesabat vide-çarxı izlənib və proqram çərçivəsində fəallığı ilə fərqlənən kənd gənclərinin mükafatlandırma mərasimi keçirilib.

Daha sonra ARGTMŞ-in üzvlərinin Məclisi keçirilib, ARGTMŞ-ə üzv olmaq üçün müraciət edən təşkilatların namizədliyinə baxılıb, Məclis üzvlərinin səsverməsi əsasında yeni üzvlər qəbul edilib. Məclis ARGTMŞ-in fəaliyyət hesabatı və 2017-2018-ci illər üzrə İnkişaf Strategiyasını qəbul edib.

Bu il 10 yaşını qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası da ARGTMŞ Məclis üzvlərinin səsverməsi əsasında yeni üzv kimi Şuraya daxil edilib.