XƏBƏR AXIŞI

Gəncə sakinləri böyük fırıldaqla üzləşib -Külli miqdarda vəsait mənimsənilib

  • 439 nəfər oxuyub
Gəncə sakinləri böyük fırıldaqla üzləşib-Külli miqdarda vəsait mənimsənilib. Gəncə sakinləri böyük fırıldaqla üz-üzə qalıb. Fırıldağın qurbanı olan şəhər sakinlərinin Editor.az-a verdiyi məlumata görə, onlar uzun müddət Gəncə şəhərində valyuta mübadiləsi(exchange) biznesi ilə məşğul olan Fuad Musayev və Bəxtiyar adlı şəxsin dələduzluğu ilə üzləşiblər.
 
Fuad Musayev və Bəxtiyar adlı şəxs valyuta bazarında yaranmış qarışıqlıqdan istifadə edərək, çoxlu sayda Gəncə şəhər sakinindən uyğun qiymətə dollara çevirəcəkləri vədi ilə külli miqdarda manat toplayıb.
 
Mənbənin dediyinə görə, bu vəsaitin miqdarı milyonlarla manatla ölçülür. Bir müddət sonra vətəndaşlar Fuad Musayev və Bəxtiyar adlı şəxsdən verdikləri vəsaitin dollarla qarşılığın istədikləri zaman şok cavabla qarşılaşıblar. Bu şəxslər topladıqları vəsaiti Sərdar adlı əməkdaşlarına verdiklərini, onun isə pulları götürərək qaçdığını bildiriblər. Vətəndaşlar isə bildirir ki, bu cavab sadəcə bəhanədir. Fuad Musayev və Bəxtiyar cütlüyü Sərdar adlı şəxsi özləri gizlətməklə, vətəndaşlardan topladıqları pulu mənimsəmək istəyirlər.
 
Məlumatlara görə, Fuad Musayev və Bəxtiyar adlı şəxs Gəncədə böyük biznes şəbəkəsinə malikdirlər. Onlar eyni zamanda külli miqdarda məbləği vergidən yaydırmaqda ittiham olunurlar. Məlumatlarda oda bildirir ki, Bəxtiyar adlı şəxs Baş Nazirin keçmiş müavini Abbas Abbasovun yaxın qohumudur. Adı vətəndaşlara qarşı dələduzluqda halanan Fuad Musayev BTB bankın Gəncə filalının müdürüdür və hazırda vətəndaşlardan gizlənir.
 
Mənbənin sözlərinə görə, hazırda vətəndaşların şikayəti əsasında faktla bağlı Gəncə şəhər Polis idarəsində araşdırmalar aparılsa da, hələki konkret bir nəticəyə gəlinməyib.//azxeber
 
7News.az