XƏBƏR AXIŞI

Gənc Əkinçi Akademiyası yenidən başlayır

  • 350 nəfər oxuyub
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə "İRƏLİ” İctimai Birliyi tərəfindən "Gənc Əkinçi” Akademiyası II dəfə 2017-ci ildə öz işinə start verir.

Təşkilatdan 1news.az-a verilən məlumata görə, 2015-ci ildə İsmayıllı rayonunda baş tutmuş layihənin davamı olaraq Quba rayonunda reallaşdırılacaq "Gənc Əkinçi-2” gənc jurnalistlər üçün peşəkarlıq dərəcələrinin artırılması, yeni əlaqələrin qurulması, o cümlədən asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaradacaq.

Layihənin əsas hədəflərindən biri də Milli mətbuatımızın ilk nümunəsi olan tarixi "Əkinçi” qəzetinin yaşadılması və gənclər arasında təbliğidir.

"Gənc Əkinçi” 2015-ci ilin iyul ayının 22-də, 4000 tirajda Gənc Əkinçi qəzetinin ilk nömrəsi çapdan çıxdı və bu Milli mətbuat günümüzdə reallaşdı. Layihənin davamı olaraq həyata keçiriləcək akademiyada formalaşan yeni gənc jurnalistlər komandası tərəfindən "Gənc Əkinçi” qəzetinin növbəti nəşrlərinin çap olunmasını planlaşdırılır.

Layihə çərçivəsində "Azad İradəli Əkinçi”, "Natiqlik və nitq mədəniyyəti”, "Araşdırma jurnalistikası”, "Münaqişə tərəfi Azərbaycan”, "KİV-də texnikanın rolu”, "Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənc jurnalistlərin rolu”, "Sosial media və ya ənənəvi media” kimi mövzularda təlim və seminarlar, eyni zamanda praktiki məşğələlər, simulyasiya oyunları keçiriləcək.