XƏBƏR AXIŞI

Fuad Qəhrəmanlının

  • 616 nəfər oxuyub

Nəsimi rayon məhkəməsi həbsdə olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətini uzadıb.

Bu barədə F. Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib. Onun sözlərinə görə, məhkəmə F.Qəhrəmanlı barədə həbs qətimkan tədbirinin uzadılması barədə istintaq orqanın verdiyi vəsatətə baxıb və həbs müddətini 2 ay uzadılıb.

F.Qəhrəmanlı ötən il dekabrın 8-də Nardaran hadisələri ilə bağlı çağırışlar etməkdə təqsirləndirilərək həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

7News.Az