XƏBƏR AXIŞI

FİFA 2016-cı ilin rəmzi komandasını açıqladı

  • 124 nəfər oxuyub

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) Sürixdə keçirilən mərasimdə 2016-cı ilin rəmzi komandasını açıqlayıb.

7news.Az xəbər verir ki, heyətə "Real”ın beş, "Barselona”nın dörd, "Bavariya” və "Yuventus”un isə bir futbolçusu daxil edilib.

Qapıçı: Manuel Noyer (Almaniya, "Bavariya”)

Müdafiəçilər: Dani Alves (Braziliya, "Barselona”/"Yuventus”), Xerard Pike (İspaniya, "Barselona”), Serxio Ramos (İspaniya, "Real”), Marselo (Braziliya, "Real”)

Yarımmüdafiəçilər: Luka Modriç (Xorvatiya, "Real”), Toni Kroos (Almaniya, "Real”), Andreas İnyesta ("Barselona”)

Hücumçular: Lionel Messi (Argentina, "Barselona”) , Kristiano Ronaldo (Portuqaliya, "Real”), Luis Suarez (Uruqvay, "Barselona”).

"Avro-2016”-nın ən yaxşı futbolçusu Antuan Qrizmann komandaya daxil edilməyib.

Qeyd edək ki, ilin rəmzi heyəti 70-dən çox ölkənin professional futbolçularının səsverməsi nəticəsində müəyyən olunur.

 

7news.Az