XƏBƏR AXIŞI

Fərasət Qurbanov: Şura QHT-lərin ictimai aktuallıq dərəcəsi yüksək olan layihələrini maliyyələşdirəcək

  • 122 nəfər oxuyub
"Şura QHT-lərin daha rasional, ictimai aktuallıq dərəcəsi yüksək olan, cəmiyyətin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən layihələrini maliyyələşdirəcək".

7News.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyib. 

"Bu gün Azərbaycan Respublikasının Milli Məclisi 2017-ci il dövlət büdcəsini təsdiq edib. Büdcə təsdiq edildikdən sonra məlum oldu ki, bir sıra digər qurumlar kimi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan maliyyə vəsaitinin həcmində də azalma baş verib. 

Şuranın büdcəsi 2016-cı ildə ayrılan maliyyə vəsaitinin həcmindən 1,6 milyon manat azdır. Şuranın büdcəsində azalmanın baş verməsi əlbətdə ki, qurumu maliyyə imkanlarından daha qənaətlə istifadə etməyə sövq edir. Məlum olduğu kimi Şura Əsasnaməsinə uyğun olaraq elan etdiyi müsabiqə mövzuları üzrə QHT-lərin təqdim etdiyi layihələri maliyyələşdirir. Şuranın büdcəsinin 1,6 milyon manat azalması təbii ki, xərclərimizin də azalması ilə müşahidə olunacaq. Ona görə Şura QHT-lərin daha rasional, ictimai aktuallıq dərəcəsi yüksək olan, cəmiyyətin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən layihələrini maliyyələşdirəcək.

Bu cəhətdən QHT-lərin Şuranın 2017-ci il qrant müsabiqəsinə daha peşəkarlıqla yanaşması tələb olunur", - F. Qurbanov bildirib./interaz
 
7news.Az