"Facebook"da daha bir yeni funksiya

"Facebook" sosial şəbəkəsinin komandası, "Live Audio" servisinin test sınaqlarına başladığını elan edib.

7news.az-ın "Technote"yə istinadən məlumatına görə, bu servis vasitəsilə istifadəçilər real zaman ərzində online audio yayımlar edə biləcəklər. Artıq istənilən istifadəçi "Facebook" daxilində canlı audio yayım edə biləcək. 

"Facebook" mütəxəssisləri əmindirlər ki, sözügedən servis hətta interneti zəif olan regionlarda belə çalışacaq. Belə ki, audio yayımın ötürülməsi üçün sürətli internetə ehtiyac yoxdur. İstifadəçilər digər mənbələrdən diqqətlərini ayırmayaraq canlı audio yayımlara qulaq asa biləcəklər. 

Android smartfon istifadəçiləri isə "Facebook" tətbiqindən çıxsalar və ya telefonun ekranını deaktiv etsələr belə audio yayıma qulaq asa biləcəklər. iOS istifadəçiləri üçün isə belə imkan olmayacaq. Onlar "Facebook" tətbiqində qalmalı olacaqlar. Lakin buna baxmayaraq canlı audio yayıma qulaq asa-asa onlar sosial şəbəkədəki digər işlərini görə biləcəklər. Hal-hazırda yeni funksiyanı dünyanın böyük xəbər servisləri test edirlər. 

Adi istifadəçilər üçün isə bu funksiya 2017-ci ilin əvvəlində aktiv olacaq.

Xəbər lenti