XƏBƏR AXIŞI

Estoniya XİN başçısı Azərbaycana gələcək

  • 81 nəfər oxuyub
Estoniyanın xarici işlər naziri Sven Mikser "Şərq Tərəfdaşlığı" ölkələrinin noyabr ayında Brüsseldə keçiriləcək sammitinə qədər proqram iştirakçılarının XİN başçıları ilə görüşmək niyyətindədir.

7news.Az xəbər verir ki, bu barədə "Report" Estoniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Marin Mıttus bildirib.

Onun sözlərinə görə, bu səbəbdən Estoniya xarici işlər naziri Azərbaycana səfər etməyi planlaşdırır.

Səfir, həmçinin bu ilin ilk yarısında, çox güman, yaz aylarında Bakıda ticarət və iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Estoniya hökumətlərarası komissiyasının növbəti iclasının keçiriləcəyini vurğulayıb.
 
7news.Az