Ermənistanda əsgərin ölümünə görə mayor saxlanılıb

Ermənistanda əsgərin ölümünə görə mayor saxlanılıb

Ermənistan prokurorluğu əsgər Çaplin Markaryanın ölümündə şübhəli bilinən hərbçini saxlayıb.

Markaryan oktyabrın 10-da mühəndis işləri görərkən odlu silahdan açılan, döş qəfəsindən dəyən atəşlə ölüb. 

Məlum olub ki, iş zamanı təhlükəsizlik qaydalarına əməl olunmayıb, xüsusilə təhlükəsizlikdən məsul olan şəxsin qaydalara etinasızlığı əsgərin ölümünə gətirib çıxarıb. 

Faktla bağlı cinayət işi açılıb və mayor T.P saxlanılıb. /qafqazinfo

 

7news.Az

Xəbər lenti