XƏBƏR AXIŞI

Ermənistan ordusunun itkiləri - Gizlədilən rəqəmlər

  • 107 nəfər oxuyub
Ermənistan ordusunun 2016-cı ildə verdiyi itkilərlə bağlı statistika açıqlanıb. Məlumata görə, ötən il Ermənistan Silahlı Qüvvələrində 165 ölüm faktı qeydə alınıb. 

1994-cü ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında atəşkəsin elan olunmasından sonra ilk dəfə münaqişə zonasında könüllülər həlak olub. 

Məlumatda iddia edilir ki, il ərzində 108 hərbçi (91 əsgər və 17 könüllü) döyüş, 57 hərbçi isə qeyri-döyüş şəraitində həlak olub. Ermənistan ordusu rəsmi rəqəmlərə görə, döyüş şəraitində ən böyük itki aprel ayında baş verib. İddia edilir ki, apreldə 91 erməni hərbçi (74 əsgər və 17 könüllü) ölüb. 17 əsgər isə yerdə qalan 11 ayda döyüş şəraitində ölüb.

Ötən ilin aprel ayında Ermənistan ordusunda qeyri-döyüş şəraitində həlak olanların sayı artıb. Belə ki, 57 ölüm faktından 15-i məhz bu ayda baş verib. 

Qeyd edək ki, Ermənistan ordusunda qeydə alınan ölüm faktları açıqlanan statistikadan xeyli çoxdur. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ordumuz yalnız aprel ayında düşmən təxribatının qarşısını alarkən erməni tərəfi xeyli saytda itki verib. 4 günlük döyüşlərdə Ermənistan tərəfi həm canlı qüvvə, həm də döyüş texnikası baxımından böyük tələfata məruz qalıb. Düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 döyüşçü öldürülüb 500-dən artıq döyüşçüsü yaralanıb. 

Göründüyü kimi, Ermənistan tərəfi ötən ilki itkilərini gizlətməklə ictmaiyyəti aldatmağa çalışır. Real rəqəmlər ermənilərin açıqladığından qat-qat çoxdur.//azvision.az
 
7News.az