XƏBƏR AXIŞI

Ermənilər ikinci Xocalını törətmək istəyirlər - FOTO

  • 521 nəfər oxuyub

Erməni millətçiləri sosial şəbəkələrdə ABŞ-da yaşayan yazıçı Anna Paytyana qarşı, sözün əsl mənasında, gözümçıxdı kampaniyası təşkil ediblər.

Erməni cəmiyyətinin təcavüzkarlıqla köklənmiş hissəsinin bu qəzəbli reaksiyasının səbəbi yazıçının Xocalı soyqırımını ittiham edən cəsarətli bəyanatı və qanlı qətliamı təşkil etmiş cəlladların cəzasını tələb etməsidir.

Məşhur yazıçını həmin bəyanatdan dərhal sonra erməni xalqının düşməni çıxardılar, Azərbaycan xüsusi xidmət orqanlarının agentinə çevirdilər, həmçinin ruhi xəstə elan etdilər. Bundan başqa, millətçilər Anna Paytyanın ümumi dostları və tanışlarını aşkar edərək onların ünvanına təhdidlər yollamağa başlayıblar.

Azərbaycanlılara qarşı ikinci Xocalı soyqırımını təşkil etmək ehtiyacı haqqında təklif irəli sürənlər də tapılıb.

"Bu qədər zəhlətökən rəqibdən qurtulmaq üçün ermənilər yeni Xocalı təşkil etməyə məcbur olacaqlar. Bu müharibənin başqa nəticəsi yoxdur", - sosial şəbəkə istifadəçisi Nune Mkrtçyan (Mkrtchyan Nune) yazıb.

Ədalət naminə qeyd etməyə dəyər ki, Anna Paytyanı müdafiə etməyə cəsarət edənlər də var. Məsələn, Gümridən fəal Anna Avetisyan.

"Siz birmənalı haqlısınız. Bunlar isə yalnız təbliğatla məst edilmiş xalqdır, nə arxivi oxuyublar, nə də tarixi. Onlardan hətta birinə cavab vermək kifayətdir ki, ölkəni ümumi hürüş, səs-küy bürüsün", - Avetisyan qəzəblə bildirib.

Yazıçı Anna Paytyanın onu zəhərləyənlərə cavabı da özünü çox gözlətməyib.

"Serj Sarkisyanın qatillər dəstəsi indi mənim Xocalı haqqında yazımı yayır və hamını mənə hücum etmək üçün dilə tutur. Qulaq asın, boz canavarlar sürüsü. Siz, sanki, yəhudilərə nifrət yayan antisemitlərsiniz, Serjikin puluna türklərə, gürcülərə, azərbaycanlılara və s. xalqlara nifrət yayırsınız. Sizin hamınızı həbs etmək və normal cəmiyyətdən təcrid etmək lazımdır, çünki siz terrorçusunuz. Serj Sarkisyan iddia edir ki, Xocalı soyqırımı olmayıb, bu, açıq yalandır. Bu insan ölüm cəzasına məhkum olunmalıdır... Azərbaycan uşağını öldürən kəs, erməni uşağını da öldürəcək. Serj Sarkisyana və Robert Koçaryana əfv hüququ olmadan ölüm cəzası!", - Anna Paytyan qətiyyətlə bildirib.

7News.az