Əməkdar rəssam vəfat etdi

Əməkdar rəssam vəfat etdi

Əməkdar rəssam Fərman Qulamov 71 yaşında vəfat edib.

7news.Az xəbər verir ki, bu barədə APA-ya rəssam Nəvai Mətin məlumat verib.

N. Mətinin sözlərinə görə, F. Qulamov bu gün dəfn olunub.

Qeyd edək ki, əməkdar rəssam 1945-ci ildə Astara şəhərində anadan olub. O, 1976-cı ildə Tiflis Rəssamlıq Akademiyasını bitirib. F. Qulamov 1973-cü ildən Azərbaycan Rəssamlıq İttifaqının üzvü idi. 1993-1994-cü illərdə "Humay" mükafatına layiq görülüb. 2006-cı ildən əməkdar rəssam fəxri adını daşıyan F. Qulamovun əsərlərinin Kiyev, Cenevrə və İsveçrədə sərgisi keçirilib.

Allah rəhmət eləsin!
 
7news.Az

Xəbər lenti