XƏBƏR AXIŞI

Elzadan “O səs Türkiyə”dən danışdı: “Bu, təxribat ola bilər”

  • 95 nəfər oxuyub
Müğənni Elza Seyidcahan azərbaycanlı ifaçıların "O səs Türkiyə” yarışmasından uzaqlaşdırılmasına münasibət bildirib. 

Musavat.com-a danışan bəstəkar-müğənni baş verən olaya o qədər də məyus olmadığını deyib: "Mən də bu barədə mətbuatdan eşitdim. Lakin bugünkü gündə məni daha çox məyus edən Türkiyədə ardı-arası kəsilməyən terror hadisələridir. İştirakçıların layihədən uzaqlaşdırılması elə də böyük hadisə deyil ki, pis olaq. Bir arzumuz odur ki, Türkiyədə əmin-amanlıq olsun. Lakin azərbaycanlı iştirakçıların layihədən kənarlaşdırılması, "Youtube”dan videolarının silinməsi təxribat da ola bilər. Çünki Mehmanın "Sarı gəlin” ifası bədxahları yerindən oynada bilərdi. Ona görə də bu, əlbəttə ki, təxribatdır. "Siyasətin deyə bilmədiyi sözü incəsənət deyir”, belə bir deyim var. Yəqin ki, iştirakçılar güclü olublar, gözləri götürməyən müvəqqəti təxribatı həyata keçirib. Bu, hərəkətdir, göstərici deyil. Məsələni zaman buraxmaq lazımdır. Zaman öz sözünü deyəcək. Hər şeyə hazır olmalıyıq... Bəlkə anlaşılmazlıq da ola bilər. Mənim məlumatım yoxdur ki, ifaçılar seçim vaxtı uzaqlaşdırılıb, ya seçim olmadan... Buna görə də dəqiq proqnoz vermək olmur. Amma hər kəs öz səsi və düşüncəsi ilə özünə yer tapacaq”.

Müğənni "O səs Türkiyə” yarışmasında münsiflər heyətinin üzvü olan müğənni Hadisəni tənqid atəşinə tutub: "Mən Nofəli 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günündə konsertə dəvət etdim. Yeni il bayramı günündə dedim ki, gözəl bir layihə var, gəl iştirak et. Amma Nofəl dedi ki, bu gün Hadisə gəlir, mən orada olmalıyam. O, Hadisənin "O səs Türkiyə”dən seçdiyi iştirakçıdır. Dedi ki, konsertdə ona gül təqdim etməliyəm. Dedim ki, sənə uğurlar arzu edirəm, hara sənə rahatdırsa, ora get. Amma mən Hadisənin Yeni il konsertindəki  yöndəmsiz  geyimini görəndə çox təəssüf etdim ki, tələbələr belə bir müəllimdən dərs alır. Hamam geyimi ilə səhnə geyimi fərqlənir. Hadisə sanki Azərbaycana oxumaqdan çox bacaqlarını nümayiş etdirməyə gəlmişdi. Biz də Azərbaycan xalqıyıq, hər bir xalqın da öz ədəb-ərkanı var. Yöndəmsizlikləri Hadisə kimiləri təkrarlayır, tələbələr də ondan nümunə götürür”.

Xatırladaq ki, "O səs Türkiyə” yarışmasından uzaqlaşdırılan Nofəl Aslanov əməkdar artist Elza Seyidcahanın tələbəsi olub. İfaçı yarışmaya İtaliyadan qatılmışdı və müğənni Hadisənin qrupunda iştirakını davam edirdi.//musavat.com
 
7News.az