XƏBƏR AXIŞI

Ekspert xəbərdarlıq edir — DİQQƏTLİ OLUN

  • 172 nəfər oxuyub

Xidmət obyektlərində və eləcə də mağazalarda vergi yoxlamaları istisna olmaqla, digər yoxlamaların 2 il müddətinə qadağan edilməsi Azərbaycan Prezidenti tərəfindən iş adamlarının fəaliyyətinə böyük dəstək kimi nəzərdə tutulmuşdu. Amma təəəsüf ki, sahibkarlar bundan sui-istifadə etməyə çalışırlar.

Bu haqda "İstehlakçıların maarifləndirilməsi, hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Azər Sərdarov açıqlama verib.

Açıqlamada deyilir ki, monitorinqlərin nəticələrinə əsasən, son dövrlər mağazalarda istifadə müddəti keçmiş malların sayının artması müşahidə edilir. Yoxlamaların olmamasından bəzi sahibkarlar sui-istifadə etməyə çalışırlar. Buna görə də, istehlakçılar məhsul alan zaman diqqətli olmalıdırlar. Ərzaq məhsulları alanda məhsulunun istifadə vaxtına diqqət yetirmək lazımdır.

Azər Sərdarovun fikrincə, istehlakçı nəzarəti vaxtı keçmiş, köhnə malların satışının azaldılmasına gətirib çıxara bilər./olke.az

 

7news.Az