XƏBƏR AXIŞI

"Dünyada kişi qalmayıb ki, evli kişi ilə yatım?"

  • 157 nəfər oxuyub

Məşhur türk aparıcı Burcu Esmersoyun il yarımdır birgə olduğu Tuna Aksudan ayrılması barədə xəbərlər yayılıb.

7News.az "Sözcü"yə istinadla bildirir ki, Türkiyə maqazin saytlarının birində Burcunun evli kişi ilə münasibətdə olduğuna görə sevgilisi tərəfindən tərk edildiyi qeyd olunub.

Bu xəbəri oxuyan Burcu şoka düşüb. O, canlı bağlantı yaratdığı "Duymayan Kalmasın" verilişində ağlayaraq açıqlama yayıb. Aparıcı yayılan xəbərləri təkzib edərək: "Dünyada kişi qalmayıb ki, evli kişi ilə yatım?" deyib. O, Tuna ilə əvvəldən ayrıldığını açıqlayıb.

7News.az