XƏBƏR AXIŞI

Dünya futbolunda rekord: Futbolçu bir oyunda 21 qol vurdu

  • 41 nəfər oxuyub

Futbol üzrə İsveç çempionatında dünya rekordu təzələndi.

"Eskilstuna” – "Estermalm” görüşündə bir futbolçu 21 qola imza atıb.

Belə ki, birincilərin 28:3 hesabı ilə qalib gəldiyi oyunda hücumçu Sebastyan Niqard 21 dəfə qol sevinci yaşayıb.

O, matçdan sonra nəticəsindən özünün də təəccübləndiyini bildirib: "10-cu qoldan sonra hesabı itirmişdim. Matçdan sonra eşidəndə ki, 21 qol vurmuşam, özüm də inanmadım. Birinci divizionda çıxış edən "Erbru”nun futbolçusu – dostum Filip Roqiç mənə zəng edib dedi ki, sabah bütün dünya səndən danışacaq, artıq məşhur olmusan. Bir oyunda 21 qol vurmaq qəribə hissdir. Matçdan bir gün əvvəl əla kef məclisində idim. Sabah hələ içkidən ayılmamışdım, yoxsa 30 qol da vura bilərdim”.

Maraqlıdır ki, rəsmi olaraq bir oyunda ən çox qol vurmaq rekordu iki futbolçuya məxsusdur. Ötən il Cəbəllütariq çempionatında "Kollec Avropa” - "Britaniya XI” qarşılaşmasında birincilərin hücumçusu Pedro Karrion 11 qol vuraraq, 111 illik rekordu təkrarlamışdı. Buna qədər isə futbol tarixi ərzində bir çempionat matçında ən çox qol vurmuş macarıstanlı Yeno Karoli idi. O da 11 dəfə fərqlənmişdi.

Ümumiyyətlə, indiyə qədər cəmi 4 futbolçu 10 qol həddinə çatıb. "Böyük beşlik” ölkələrinin daxili birinciliklərində ən çox qol vurmuş oyunçu isə bir görüşdə aktivinə 7 top yazdıra bilib./oxu

 

7news.Az