XƏBƏR AXIŞI

“Dördgünlük müharibə”, çevriliş planı və... - PREZİDENT ÖLDÜRÜLƏCƏKDİ

  • 565 nəfər oxuyub

Moldova və Estoniyada seçkilərin gözlənilməz nəticələri, Qazaxıstanda terror aktları, Qarabağda hərbi əməliyyatların yenilənməsi, Tacikistan prezidenti Emomali Rahmona "Müstəqil Tacikistanın qurucusu” titulunun verilməsi, Özbəkistanın birinci prezidenti İslam Kərimovun ölümü... Ötən il keçmiş SSRİ məkanı əhəmiyyətli hadisələrə zəngin idi. Bunların hamısı göstərdi ki, postsovet məkanı tədricən dəyişir, patriarxlar gedirlər, sabitlik adacıqları ilğıma çevrilir. SSRİ-nin dağılmasının 25 ilindən sonra yeni dövr başlanır.

7News.az Rusiyanın Lenta.ru saytına istinadən 2016-cı ilə post-sovet ölkələrinin siyasi həyatının bütün gözlənilməz dəyişikliklərini xatırladıb.

Donu açılan münaqişə

Dağlıq Qarabağda 1994-cü ilin yazından bu yana ən genişmiqyaslı hərbi əməliyyatlar qeydə alındı. Döyüşlər aprel 1-dən 2-nə keçən gecə başlandı. "Dördgünlük müharibə” zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzulu rayonu istiqamətində yerləşən Lələ təpə adlandırılan yüksəkliyə nəzarəti ələ keçirib.

Hərbi əməliyyatlar zamanı ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb.

İyul ayında İrəvanda polis binası tutuldu. Hücumda polis polkovniki həlak oldu, daha 3 polis əməkdaşı yaralandı. Binanı tutanlar prezident Serj Sarkisyanın istefası və "Yeni Ermənistan” radikal müxalifət hərəkatının lideri Jirayr Sefilyanın həbsdən azad olunmasını tələn edidirlər. Uzun müddətli qarşıdurmadan sonra döyüşçülər hakimiyyətə təslim oldular.

Saakaşvili üçün süpürgələr

Oktyabrın 8-də Gürcüstanda parlament seçkiləri keçirildi. Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili oktyabrın 5-də silahdaşlarına söz verdi ki, seçkilərdən dərhal sonra "qalib gəlmiş Gürcüstan”a gələcək. Saakaşvilinin vədinə "Topadze - sənaye sahibləri, Bizim Gürcüstanımız” müxalifət seçki blokunun nümayəndələri cavab verdilər. Onlar keçmiş dövlət başçısı ilə "görüşmək” üçün Türkiyə sərhədinə süpürgələrlə getdilər. Süpürgə 2012-ci ildə - Saakaşvilinin hakimiyyəti dövründə Gürcüstanda baş verən həbsxana qalmaqalının simvoludur. KİV bu predmetin tətbiqi ilə məhbusların üzərində seksual zorakılıq faktlarını dərc etmişdi.

Saakaşvilinin özü isə seçkilərdə məğlubiyyətə uğradı. O, bir müddət sonra Odessadakı işini də itirdi.

Məşhur ssenari üzrə

Terrorçular iyunda Qazaxstanın Aktyubinsk vilayətində silah mağazaları və Milli Qvardiyanın hərbi hissəsinə hücum etdilər. Hücumun ən maraqlı təfərrüatları daha sonra ortaya çıxdı. İstintaq müəyyənləşdirdi ki, 2009-cu ildə islamı qəbul etmiş və ekstremistlərin təsiri altına düşmüş Dmitri Tanatarov terror aktının təşkilatçısı idi. O, may ayında şəriki Arman Aytuqan ilə birlikdə İŞİD-in vaizinin audioyazısını dinləyərək terror aktını törətmək qərarına gəldi.

Hücum günündə - iyunun 5-də Tanatarov və Aytuqan uşağın ad gününün qeyd edilməsi bəhanəsi ilə öz tanışlarının mənzilində toplaşdılar. Tanatarov 44 qonağa silahlı cihad üçün müraciət edib. 22 nəfər Tanatarovun çağırışına müsbət cavab verdilər. Digərləri isə hüquq-mühafizə orqanlarına təklif haqqında heç bir xəbərdarlıq etmədən sadəcə "cihadçılar”dan ayrıldılar.

Daha sonra ekstremistlər silah mağazasını soyaraq polislə atışmaya girdilər və hərbi hissənin ərazisinə zorla daxil oldular. Sonradan isə tərəfdarlarını azad etmək üçün həbsxanaya yolandılar.

Nəticədə 18-i ekstremist olmaqla 25 nəfər həlak oldu. Növbəti ay oxşar terror aktı Almatıda baş verdi.

Prezidentin adına paytaxt

Noyabrın 23-də Qazaxıstan parlamentinin deputatı Kuanış Soltanov təkliflə çıxış etdi ki, Astana şəhərinin adı dəyişdirilərək prezidenti Nursultan Nazarbayevin şərəfinə onun adı qoyulsun. Ancaq iki gün sonra Qazaxıstan liderinin özü bildirdi ki, buna ehtiyac görmür.

Amma Tacikistanda prezidenti Emomali Rahmonun "Müstəqil Tacikistanın qurucusu” statusu rəsmiləşdirildi. Tacikistan parlamentinin oktyabrın 26-da keçirilən iclasında Emoməli Rəhmona "Müstəqil Tacikistanın banisi” statusu verildi.Noyabrın 14-də isə Tacikistan prezidenti "Sülhün və milli bərabərliyin banisi - Millətin Lideri” statusu ilə bağlı qanunu imzaladı.

Sürünən sosialist inqilabı

Moldovada ilin ən əlamətdar siyasi hadisəsi noyabrda baş verdi. Prezident seçkilərinin ikinci turunda Sosialist Partiyasının namizədi İqor Dodon qalib gəldi. Sensasiya ondan ibarət idi ki, respublikanın yeni başçısı Avropa meylli koalisiyanın hakimiyyətdəki inhisarçılığını dağıtdı. Dodon nümayiş etdirdi ki, yad siyasi səhnədə də seçici ilə plana uyğun iş görərək qalib gəlmək olar.

Dodon Rusiya ilə əməkdaşlıq haqqında açıq şəkildə danışırdı. Seçkilərin ikinci turunda seçicilərin 54 faizi oan səs verdi. Dekabrın sonunda yeni dövlət başçısının inaqurasiyası oldu.

Patriarxın gedişi

Özbəkistanın birinci prezidenti İslam Kərimov - patriarx 25 il ərzində regionda baş verən prosesləri faktiki müəyyən etdi. O, 1990-cı illərin əvvəllərində fundamentalistlərin Özbəkistanda hakimiyyətə gəlməsinin qarşısını aldı, qonşu Tacikistanda dünyəvi rejimin qalmasına kömək etdi. İslam Kərimov sentyabrın 2-də dünyasını dəyişdi.

Dekabrın əvvəlində keçirilən prezident seçkilərində dövlət başçısının vəzifələrini icra edən Şövkət Mirziyoyev qalib gəldi. Məlum oldu ki, onun Özbəkistanda etdiyi dəyişikliklər hələ Kərimov yaşayarkən planlaşdırılmışdı. Yeni dövlət başçısı səlahiyyətlərinin müvəqqəti icraçısı olarkən valyuta islahatına hazırlığı elan etdi, biznes üçün bəzi məhdudiyyətləri aradan qaldırdı, sosial şəbəkələrlə ən yüksək hakimiyyət orqanlarının hesablarını açdı.

Özbəkistanda keçirilən prezident seçkilərində vətəndaşlar namizədə öz simpatiyaları bu fraza ilə müəyyən edirdilər: kim İslam Kərimovun kursunu davam etdirəcək. Mərkəzi Asiyanın əsas ölkəsində hakimiyyətin ötürülməsi problemsiz oldu və Özbəkistan hökuməti strateji məsələləri reallaşdırmağa davam edir.


7News.az