XƏBƏR AXIŞI

Donald Tramp: “Əgər Putinin Trampdan xoşu gəlirsə, bu bizim üstünlüyümüzdür”

  • 87 nəfər oxuyub
ABŞ-ın yeni seçilmış prezidenti Donald Tramp Nyu-Yorkda keçirdiyi mətbuat konfransı zamanı Rusiya prezidenti Putin ilə "anlaşa biləcəyini” deyib.
 
Onun sözlərinə görə, bu anlaşma hər iki dövlətin xeyrinə olacaq.
 
"Əgər Putinin Trampdan xoşu gəlirsə, bu bizim üstünlüyümüzdür”, - deyə D. Tramp bildirib.
 
Tramp iki dövlətin birgə əməkdaşlıq məsələsinə də toxunub. O, bildirib ki, ABŞ Rusiya ilə birgə terrorçuluğa qarşı mübarizə zamanı əməkdaşlıq edə bilər:
 
"Düşünürəm ki, Rusiya bizə İŞİD terrorçularına qarşı mübarizədə kömək edə bilər”, - deyə Tramp bildirib./olke.az
 
 
7news.Az