XƏBƏR AXIŞI

DİQQƏT! Ölkədə TV və radio yayımı dayandırılacaq

  • 36 nəfər oxuyub

Oktyabrın 16-da Azərbaycanın efir məkanında kompleks profilaktika keçiriləcək.

7news.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Profilaktika ilə əlaqədar olaraq, telekanal və radiostansiyaların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, kompleks profilaktika bütün avadanlıqların texniki vəziyyətinin yoxlanılmasını nəzərdə tutur. Prosedur texniki problemlərlə qarşılaşmamaq baxımından zəruridir.

7news.Az