Cəlilabdlı oğlanda Bakıda 16 yaşlı sevgilisinə qarşı İYRƏNC ƏMƏL: aldatdı, zorladı, sonra...

Cəlilabdlı oğlanda Bakıda 16 yaşlı sevgilisinə qarşı İYRƏNC ƏMƏL: aldatdı, zorladı, sonra...

Xırdalan şəhərində sevgilisinə təcavüz etməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü Pərvin Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Pərvin Cəbrayılov Cəlilabad rayonu, Uzuntəpə kəndində qeydiyyatda olub. Amma faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda kirayədə yaşayıb, paytaxtda fəhləliklə məşğul olub.

Sosial şəbəkədə tanışlıq

Pərvin Cəbrayılov sosial şəbəklərdən birində 2001-ci il təvəllüdlü Aytən Mehdiyeva (ad və soyad şərti verilib – red.) ilə tanış olub. Bir müddət o, 16 yaşlı qızla sossial şəbəkədə danışıb.

Pərvin Cəbrayılov gənc olduğunu, evlənmədiyini, onunla evlənmək istədiyini bildirib. 16 yaşlı qız da Pərvinin sözlərinə inanıb və onunla görüşməyə başlayıb.

Bulvarda görüş

Orta məktəbin şagirdi olan Aytən ilk dəfə Pərvin Cəbrayılovla bulvarda görüşüb.

Pərvin Cəbrayılov görüş zamanı Aytən Mehdiyeva ilə seksual mövzuda söhbətlər edib. O, 16 yaşlı qıza bir neçə dəfə cinsi əlaqədə olmağı təklif etsə də, təklifi yetkinlik yaşına çatmayan qız tərəfindən qəbul olunmayıb.

Ya cinsi əlaqədə olmalısan, ya da ayrılırıq...

Daha sonra Pərvin Cəbrayılov Aytən Mehdiyeva ilə 29 avqust 2016-cı il tarixdə Xırdalan şəhərində görüşüb. Bu zaman Pərvin 16 yaşlı qızla cinsi əlaqədə olmaq istədiyini deyib.

İntim münasibət

Əks halda o, Aytənlə olan münasibətlərinə son qoyacağını deyib. Pərvinlə münasibətlərinin pozulmasını istəməyən Aytən onu xalasının evinə aparıb.

Həmin vaxt Aytənin xalasının evində heç kim olmayıb. Evdə heç kimin olmadığını görən Pərvin Cəbrayılov Aytənlə cinsi əlaqədə olub.

Münasibətlərə son qoymaq və həbs...

Aytən Mehdiyeva ilə cinsi əlaqədə olan Pərvin Cəbrayılov daha sonra evi tərk edib. Sonra o, qızla münasibəti kəsmək istəyib. Oğlanın bu hərəkətini görən Aytən baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıb.

Aytən Mehdiyevanın şikayəti əsasında Pərvin Cəbrayılov həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

1 il həbs və ümumi rejim

Pərvin Cəbrayılovun barəsində olan cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə o, 1 il müddətinə azadlıqdan məhrum olunub.

Zamində olan Pərvin Cəbrayılovun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 24 iyul 2017-ci il tarixdən hesablanması qərara alınıb.

Zorakılıq olmayıb

Hökmdən narazı qalan Pərvin Cəbrayılov apelyasiya şikayəti verib. O, şikayətində qeyd edib ki, Aytən Mehdiyeva ilə könüllü cinsi əlaqədə olub və onların arasında zorakılıq olmayıb. Pərvin Cəbrayılov barəsində həbs olmayan cəzanın təyin edilməsini istəyib.

Yüngülləşdirci hallar nəzərə alınmayıb

Pərvin Cəbrayılovun vəkili Elşən Məmmədbəyli apelyasiya şikayətində göstərib ki, Pərvin Cəbrayılov həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşmandır: "Pərvin Cəbrayılov ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunub, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir.

Birinci instansiya məhkəməsi qeyd edilən əsasları hökmdə sadalasa da, cəza təyin edilərkən qeyd edilən yüngülləşdirici halları nəzərə almayıb. Halbuki, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, habelə cəzanı yüngülləşdirən halların məcmusu nəzərə alınaraq Pərvin Cəbrayılova təyin edilmiş cəzanı çəkmədən də islah oluna bilər”.

Şikayətçi yoxdur

Müdafiəçi qeyd edib ki, birinci instansiya məhkəməsi Pərvin Cəbrayılova təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının zəruriliyini əsaslandırmayıb, onun həmin cəzanın tətbiq edilmədən islah olunub-olunmamasına münasibət bildirməyib.

O, qeyd olunan halları, həmçinin zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsi bağışlamasını istəyib: "Ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alınmasını, birinci instansiya məhkəməsi hökmünün dəyişdirilməklə Pərvin Cəbrayılova təyin edilmiş cəzanın Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinə əsasən şərti tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm”.

1 il şərti cəza

Məhkəmə apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərarı açıqlayıb. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilib və Abşeron rayon Məhkəməsinin hökmü dəyişdirilib.

Məhkəmə Pərvin Cəbrayılovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edib və ona 1 il sınaq müddətinə cəza təyin olunub.

Məhkəmə Pərvin Cəbrayılovun barəsində seçilmiş həbs qətimkan tədbirini ləğv edib. O, məhkəmə zalından azadlığa buraxılıb./publika

 

7news.Az

Xəbər lenti