XƏBƏR AXIŞI

"Bu təyinat ASGA Rusiya nümayəndəliyinin fəaliyyətini daha da sistemləşdirəcək" - XƏZƏR QARAYEV

  • 608 nəfər oxuyub
Bu il 10 yaşını qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası ölkədə fəaliyyət göstərən QHT-lər arasında öz səmərəli fəaliyyəti ilə fərqlənməkdədir.
 
Assosiasiyanın  əsas strateji uğurlarından biri də Slavyan ölkələrində ASGA nümayəndəliklərinin yaradılması və gəncləri öz ətrafında uğurla birləşdirməsi oldu. Bu mənada ASGA Rusiya nümayəndəliyi xüsusi olaraq fərqlənir.
 
2014-cü ildə təsis edilən nümayəndəlik Toğrul Allahverdilinin rəhbərliyi ilə uğurla inkişaf etməkdədir.  Son üç ildə yüzlərlə layihə realaşdırdıqlarını deyən ASGA Rusiya nümayəndəliyinin icraçı direktoru Xəzər Qarayev nümayəndəlikdə kadr islahatlarına ciddi ehtiyacın yarandığını qeyd etdi.
 
X.Qarayev təşkilatın strateji hədəflərinin uğurlu icrası baxımından bunun qaçılmaz olduğunu diqqətə çatdırıb: "üç illik fəaliyyətimiz dövründə biz 50-dən artıq tədbir, 30-a yaxın dəyirmi masa, 21 layihə, 6 kütləvi aksiya həyata keçirmişik. 2016-ci il bizimçün daha düşərli oldu. Biz bir çox ilklərə imza atdıq, diaspor təşkilatlarını bir araya gətirmək üçün informasiya mərkəzi yaratdıq. Bundan başqa qadınların diaspor işində fəal iştirakını təmin etmək üçün klub təsis etdik. Azərbaycan mədəniyyətinin Rusiyada təbliğatını AMİİF Fondu ilə birgə davamlı şəkildə həyata keçirdik. Əsas məsələ ondan ibarətdir ki, bütün bu fəaliyyətimizi digər təşkilatlarla əlaqəli şəkildə həyata keçirdik. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə təsis edilən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı birmənalı şəkildə Rusiyada yaşayan azərbaycanlı gəncləri öz ətrafına toplayıb. Bu bizimçün çox böyük stimuldur. İndi isə qarşımızda duran əsas hədəf Bakıda keçriləçək Formula 1 yarışlarının və İslam Həmrəyliy Oyunlarının  təbliğini yüksək səviyyədə aparmaqdan ibarətdir. Fəaliyyət sahəmiz genişləndikcə güclü komandaya ehtiyac yaranır. Bu mənada Rusiya nümayəndəliyi olaraq ASGA rəhbərliyi və İdarə heyəti ilə məsləhətləşdikdən sonra ASGA RUSİYA NÜMAYƏNDƏLİYİNİN İCRAÇI DİREKTORUNUN  MƏDƏNİYYƏT  ÜZRƏ MÜAVİNİ vəzifəsini təsis etdik .
 
Bu vəzifəyə ASGA Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdilinin qərarı ilə Rusiyadakı gənclər arasında yetərincə tanınmış hörməti və etimadı olan Ryabkova Anna təyin edilib . Anna Ryabkova Rusiyada öz səmərəli fəaliyyəti ilə seçilən gənclərdəndir. Hesab edirəm ki, bu çox uğurlu bir addım olacaq.”
 
7News.az