XƏBƏR AXIŞI

"Bluetooth" 5 təsdiqləndi

  • 193 nəfər oxuyub

"Bluetooth Special Interest Group" ("Bluetooth SIG") təşkilatı cari ilin iyununda elan edilmiş "Bluetooth 5" simsiz rabitə standartını rəsmən təsdiqləyib. Yeni standart bir sıra göstəricilərə görə "Bluetooth" texnologiyasının indiki nəslini xeyli üstələyir.

Məlumata görə, "Bluetooth 5" rabitə standartı 4 dəfə böyük hərəkət radiusuna malikdir və dördüncü nəsil "Bluetooth" rabitə standartı ilə müqayisədə məlumatların ötürülmə sürəti iki dəfə yüksəkdir. Bundan başqa, "Bluetooth 5" standartında simsiz qurğu ilə qoşulma olmadan göndərilən məlumatların tutumu 8 dəfə artırılıb.

"Bluetooth 5" standartının tətbiqi ev və ya bütün binanı rabitə ilə təmin etməklə "əşyalar interneti"nin inkişafına səbəb olacaq, yüksək sürət daha məhsuldar qurğulardan istifadəyə imkan verəcək. Həmçinin "Bluetooth" standartından istifadə başqa simsiz rabitə texnologiyalarından istifadə zamanı yarana bilən mümkün maneələri azaldacaq.

"Bluetooth 5" dəstəkli ilk istehlak qurğularının yaxın iki-üç ayda bazarda əlçatan olacağı gözlənilir.

7News.Az