BINƏQƏDI RAYONUNUNRÜSTƏM ƏLIYEV ADINA 3 NÖMRƏLI TAM ORTA MƏKTƏBDƏ DƏ “SON ZƏNG” KEÇIRILIB.

BINƏQƏDI RAYONUNUNRÜSTƏM ƏLIYEV ADINA 3 NÖMRƏLI TAM ORTA MƏKTƏBDƏ DƏ “SON ZƏNG” KEÇIRILIB.
14 İyun tarixində 2016-2017-ci tədris ilinin başa çatması münasibəti ilə Binəqədi rayonunun Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə də "Son zəng” keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov,Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, 3 nömrəli tam orta məktəbin direktoru Natəvan Əsədova, müəllimlər və valideynlər iştirak etmişlər.
Məzunların buraxılış tədbiri dövlət bayrağının səhnəyə gətirilməsi və dövlət himninin səsləndirilməsi ilə başladı. 
İlk öncə məzunları təbrik edən məktəbin direktoru Natəvan Əsədova gələcəyimiz olan bu gənclərin müstəqil dövlətin vətəndaşı olaraq Azərbaycanın həyatında müstəsna xidmətlər göstərəcəklərinə inamını ifadə etdi. 
Daha sonra çıxış edən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov məzunları təbrik etdi və onlara gələcək həyatlarında uğurlar arzuladı.
Məktəbin şagird və müəllim kollektivini məzun günü münasibəti ilə təbrik edən Binəqədi Rayon İcra Hakmiyyətinin başçısı Xaləddin İsgəndərov müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətində uğurlar arzuladı. Qeyd etdi ki, bu il rayonun orta məktəblərini bitirən 2448 şagird məzun adını qazanıb. Natiq qeyd etdi  ki, bu gün ölkəmizdə təhsilinin dünya standartları səviyyəsində qurulması dövlət tərəfindən təhsilə göstərilən diqqət nəticəsində  reallaşır. İcra hakimiyyətinin başçısı təhsilin dövlət qayğısı ilə əhatə olunduğu bir ölkədə yaşamağın və təhsil almağın bir xoşbəxtlik olduğunu qeyd etdi. İlbəil təhsil sahəsinə artan dövlət qayğısı, bu sahədə atılan yenilikçi addımlar, qabaqcıl dünya təcrübəsindən bəhrələnməklə çağdaş təlim metodlarının tətbiqi bu gün təhsilimizin inkişafına əlverişli zəmin yaradır. 
Mərasimdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar, ifa etdikləri mahnılar və rəqslər  iştirakçılar tərəfindən maraqla qarşılandı. Nəhayət məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri an yetişdi və onbirillik məktəb həyatının sonuncu zəngi çalındı. 
Tədbirin sonunda şagirdlərin ifasında bayraq flaşmobu nümayiş edilmiş, zərlərin və şarların havaya uçurulması ilə tədbir yekunlaşmışdır. 
 
7news.Az

Xəbər lenti