Binəqədi rayonunun nümayəndə heyəti Cocuq Mərcanlıya səfər ediblər.

08 Sentyabr 2017, 15:06
08 Sentyabr
2017
15:06
391
Binəqədi rayonunun nümayəndə heyəti Cocuq Mərcanlıya səfər ediblər.
Nümayəndə heyətinin tərkibində Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi Rayon Təşkilatının, rayon Gənclər və İdman İdarəsinin rəhbər heyəti, M.Ə.Rəsulzadə və Binəqədi rayon bələdiyyələrinin sədrləri, rayonda fəaliyyət göstərən bir neçə sahibkar, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin nümayəndəsi və Aprel şəhidləri Fəxrəddin Qurbanlının və Emin Bağırovun valideynləri iştirak ediblər.
Nümayəndə heyəti səfər çərçivəsində ilk öncə Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək əklil qoymuşlar.
Daha sonra nümayəndə heyəti Cocuq Mərcanlıda yeni inşa olunmuş 96 şagird yerlik məktəblə tanış olaraq məktəbə hədiyyələr, yeni tədris ilində məktəbə gedəcək şagirdlərə məktəbli geyimləri, idman formaları və avadanlıqları, məktəb ləvazimatları, surətçıxarma aparatı təqdim etmiş, ibtidai hərbi hazırlıq fənni üzrə sinif otağını xüsusi ləvazimatlarla və digər zəruri avadanlıqlarla təchiz etmişlər.
Məktəblə tanışlıqdan sonra Binəqədi nümayəndə heyəti kənd sakini Oqtay Həziyevin evində olaraq ailə ilə səmimi söhbət ediblər. Görüşün sonunda ailəyə Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim edilmişdir.
Səfər çərçivəsində nümayəndə heyəti Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində inşa edilmiş məscidlə yaxından tanış oldular. Məlumat üçün bildirək ki, 50 sot ərazidə inşa edilən məscidin minarələrinin hündürlüyü 26 metrdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar üçün hər cür şərait yaradılıb.
Bu müqəddəs ocağın inşası işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır. Bu, bir daha dünyaya bəyan edir ki, Azərbaycan İslam dünyasının bir parçasıdır, öz tarixi keçmişinə sadiqdir. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o deməkdir ki, gün gələcək Şuşadakı məscid də bərpa ediləcək. Məscidin tikilməsi, həmçinin 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsinə dəyərli töhfədir. Ziyarət zamanı məscidə elektron quran hədiyyə edilmişdir.
Səfərin sonunda nümayəndə heyəti Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndində törədilən cinayət nəticəsində həlak olmuş Zəhra Quliyeva və onun nənəsi Sahibə Allahverdiyevanın məzarını ziyarət edərək gül qoymuşlar.
Yeni tədris ili ərəfəsində Binəqədi rayon nümayəndə heyətinin Cocuq Mərcanlıya səfəri xoş təəssüratlarla yekunlaşdı.
7news.Az


Xəbər lenti
-
00:52Ağstafa Regional Mədəniyyət İdarəsinin əməkdaşları genişmiqyaslı ağacəkmə kampaniyasına qoşulublar
-
21:34“Özü etməyib, Hacılara elətdirib” - Nazənin həmkarlarını ifşa etdi - VİDEO
-
21:32Yevda Abramov vəfat etdi
-
21:07Azərbaycanda bu şəxslər deputat ola bilməyəcək... (VİDEO)
-
21:04Prezident və birinci xanım Şamaxıda ağac əkdi (YENİLƏNİB/FOTO)
-
20:59KOBİA və “Deloitte & Touche” arasında Niyyət Protokolu imzalanıb
-
20:48Gənclər Fondu və ASAN xidmətin təşkilatçılığı ilə könüllülər üçün konsert keçirilib - FOTOLAR
-
19:36Qarabağ qazisi olan qardaşımın ölüm işini həkimlər ört-basdır edir -ŞİKAYƏT...
-
18:00Keçmiş modelin çılpaq şəkilləri BAŞINA BƏLA OLDU - FOTOLAR
-
17:50Dünya bu fotodan danışır: Trampın kürəyinə “silah” dirədilər
-
17:42Lerikdə İqbal Məmmədov erası bitir: Yeni iddialılar kimlərdir?
-
17:40Əməkdar artistdən Xalq artisti adına layiq görülən Miri Yusifə ismarıc: Ona “sənətkar” deyə bilmərəm
-
17:30Azərbaycanlı gənc müğənninin cazibədar görüntüləri yayıldı-VİDEO
-
17:20Bakıda bacı qardaşı arvadının xəyanətini yaxaladı:Hər ikisini döydü - VİDEO
-
17:10Qanun pozucuları belə ələ keçdi - VİDEO
-
17:07Elmar Vəliyevi vuran Yunis Səfərovla bağlı yeni ŞOK DETALLAR
-
17:00Rusiyaya qanunsuz bal, süd aparan azərbaycanlılara cinayət işi açıldı
-
16:59Cahandar BAYOĞLU: İran adlanan ölkə çıxılmaz bataqlığa yuvarlanır
-
16:40"Masallı xaraba qalıb" - Niyam Salami
-
16:30İsrail yeni raket sistemini sınaqdan keçirdi
-
16:27"Vasif niyə kimsəsiz qadını qınayır?" - Rəqsanə tənqid etdi
-
16:20Sevgilisinin evlənmə təklifi qızı qorxutdu - VİDEO
-
16:15Məşhur müğənni 15 yaşlı musiqiçi ilə evlənmək üçün rüşvət verib
-
16:10Məşhur müğənni qarət olunan qadına kömək etmək istəyərkən soyuldu - VİDEO
-
16:00Efirdə meyxanaçı ilə aparıcı arasında QALMAQAL: Tolik, sənin padruqaların...
-
15:57İnsanlıqdan kənar: Autizmli uşağa belə İŞGƏNCƏ VERDİLƏR - VİDEO
-
15:55Məşhur müğənni ana olmaq üçün unikal yol seçdi - VİDEO
-
15:52Suriyada ABŞ hərbi bazasına hücum olub
-
15:50Azərbaycanlı müğənninin 3 ailə üzvü qəzada öldü - VİDEO
-
15:45Xarkovda azərbaycanlının cinayət zamanı istifadə etdiyi avtomobil tapılıb
-
15:40Azərbaycanda dəfn qaydaları dəyişir - Yas mərasimləri ilə bağlı ŞOK FAKTLAR - VİDEO
-
15:32Milli Məclisin iki deputatı Gürcüstana niyə gedir?
-
15:30Hər kəs bu "challange"dən danışır - qadınlar BACARIR, kişilər YOX - VİDEO
-
15:23Elza Seyidcahan: "Bütün dünya bilir ki, ötən seçkilərdə namizədliyimi irəli sürdüm və uğurla da başa vurdum"
-
15:20Daha bir pendir sexində iyrənc mənzərə - FOTO
-
15:15İlham Əliyev: TRASEKA üzv ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr verib
-
15:00Ağdaşda 37 yaşlı kişi su kanalına düşdü
-
14:51Beynəlxalq kosmik stansiya heyətinə Yeni il hədiyyələri göndərildi
-
14:47Aqrar xidmətlərin elektronlaşdırılması bu xidmətləri fermerlər üçün daha əlçatan edir
-
14:43Prezident və birinci xanım Şahxəndan türbəsində - Fotolar
06 Dekabr 2019
Digər xəbərlər
-
SOSİAL
Yevda Abramov vəfat etdi
-
SOSİAL
Azərbaycanda bu şəxslər deputat ola bilməyəcək... (VİDEO)
-
MANŞET, SOSİAL
Prezident və birinci xanım Şamaxıda ağac əkdi (YENİLƏNİB/FOTO)
-
SOSİAL
Gənclər Fondu və ASAN xidmətin təşkilatçılığı ilə könüllülər üçün konsert keçirilib - FOTOLAR
-
SOSİAL
Qarabağ qazisi olan qardaşımın ölüm işini həkimlər ört-basdır edir -ŞİKAYƏT...
-
SOSİAL
Bakıda bacı qardaşı arvadının xəyanətini yaxaladı:Hər ikisini döydü - VİDEO
-
SOSİAL
Rusiyaya qanunsuz bal, süd aparan azərbaycanlılara cinayət işi açıldı
-
SOSİAL
Azərbaycanda dəfn qaydaları dəyişir - Yas mərasimləri ilə bağlı ŞOK FAKTLAR - VİDEO
-
SOSİAL
Daha bir pendir sexində iyrənc mənzərə - FOTO