Binəqədi rayonunda“Torpaq uğrunda ölən varsa, Vətəndir” mövzusunda tədbir keçirilmişdir.

Binəqədi rayonunda“Torpaq uğrunda ölən varsa, Vətəndir” mövzusunda tədbir keçirilmişdir.
13 yanvar 2017-ci il tarixində Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Fəxrəddin Qurbanlının doğum günü ilə əlaqədar Binəqədi rayonundan həqiqi hərbi xidmətə çağırılmış gənc çağırışçılar və rayonun fəal gəncləri şəhid Fəxrəddin Qurbanlının məzarını ziyarət etdilər. 
Ziyarətdən sonra Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə keçirilən tədbir Binəqədi Mərkəzi Mədəniyyət Evində davam etmişdir.
Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunan tədbirdə çıxış etmək üçün ilk söz şəhidin təhsil aldığı 179 nömrəli tam orta məktəbin direktoru Almaz İsmayılova verilmiş və natiq çıxışında şəhidin məktəb illərindən söz açmışdır. 
Tədbirdə çıxış üçün söz Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanova verildi. Şəhidin atası tədbirdə iştirak edən şəxslərə minnətdarlığını bildirərək, dövlətimizin şəhid ailələrinə qayğısından razılığını ifadə etdi. 
Daha sonra çıxış üçün söz alan şəhidin təhsil aldığı Azərbaycan Universitetinin dekanı Aygün Musayeva, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Novruz Rəhimov və Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva öz nitqlərində şəhid Fəxrəddin Qurbanlının timsalında bütün şəhidlərin əbədi olaraq Azərbaycan xalqının qəlbində yaşayacağını vurğulayaraq, onların ailələrinə dərin hüzünlə başsağlığı verdilər.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra şəhidin təhsil aldığı 179 nömrəli orta məktəbin istedadlı şagirlərinin ifasında bədii kompozisiya nümayiş olunmuşdur. Alqışların sədası ilə bitən kompozisiyadan sonra Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı öz səmimi hisslərini tədbir iştirakçıları ilə bölüşmüş, daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa etmişdir.
İfa olunan mahnıların  müşaiyəti ilə rayonundanhəqiqi hərbi xidmətə çağırılmış gənc çağırışçılar Azərbaycan Respublikasının Dövlət Bayrağınıöpərək hərbi xidmətə yola düşdülər.
 
7news.Az

Xəbər lenti