Binəqədi rayonunda “Müstəqilliyimiz dönməzdir, əbədidir, sarsılmazdır!”adlı tədbiri keçirildi.

Binəqədi rayonunda “Müstəqilliyimiz dönməzdir, əbədidir, sarsılmazdır!”adlı tədbiri keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin,  YAP Binəqədi Rayon Təşkilatının, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə  təşkilatçılığı ilə "Müstəqilliyimiz dönməzdir, əbədidir, sarsılmazdır!” adlı tədbiri keçirildi. 
Tədbirdə  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, millət vəkili, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Rayon İcra Hakimiyyətinin şöbə müdirləri, Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov,  rayon ictimaiyyəti, ziyallılar, YAP-nın fəalları və gənclər iştirak etdilər.
İlk öncə tədbir Azərbaycan Respublikasının  Dövlət himni ilə açıq elan edilmiş və daha sonra tədbirin aparıcısı 26 illik tarixə malik olan müstəqil Azərbaycanın dövlətçilik tarixi haqqında məlumat vermişdir.
Tədbirdə çıxış edənlər millət vəkili, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov və YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov bildirdi ki, Azərbaycan xalqının əldə etdiyi ən böyük tarixi nailiyyət onun müstəqilliyidir. Xalqımız müstəqilliyini qazandıqdan sonra onu itirmək təhlükəsi ilə üzləşdi. Lakin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin siyasi təcrübəsi nəticəsində biz bu müstəqilliyi qoruyub saxlaya bildik. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Bunun nəticəsidir ki, Azərbaycan artıq həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.
Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilən məqsədyönlü və ən əsası dövlətin və xalqın maraqlarına söykənən siyasət nəticəsində reallaşdırıldığı vurğuladı. Qeyd etdi ki, müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir, müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Bu gün də müstəqilliyimiz ulu öndərin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən qorunub saxlanılır. 
Bayram təbriklərindən sonra müxtəlif sahələrdə rayonun ictimai-siyasi proseslərində fəaliyyətləri ilə fərqlənən şəxslərə Fəxri Fərmanlar təqdim olundu.
Tədbir sonunda Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan, layihə rəhbəri və baş prodüseri Arzu Əliyevanın olduğu "Əbədi ezamiyyət” sənədli filmi nümayiş edilmişdir. 
 
7news.Az

Xəbər lenti