Binəqədi rayonunda IV İslam Həmrəylik Oyunlarının Sosial şəbəkələrdə təbliğat kampaniyası ilə bağlı toplantı keçirilib - FOTOLAR

Binəqədi rayonunda IV İslam Həmrəylik Oyunlarının Sosial şəbəkələrdə təbliğat kampaniyası ilə bağlı toplantı keçirilib - FOTOLAR
Binəqədi rayonunda IV İslam Həmrəylik Oyunlarının Sosial şəbəkələrdə təbliğat kampaniyası ilə bağlı toplantı keçirilmişdir.
Keçirilən toplantıda Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, media eksperti, 7 news.az saytının rəhbəri Səbuhi Abbasov, Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri, YAP Binəqədi rayon Təşkilatının fəal üzvləri, İcra nümayəndələri, bələdiyyələrin səhifələrini idarə edən adminlər iştirak etmişdirlər.
İlk öncə toplantını açıq elan edən Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov toplantı haqqında geniş məlumat vermiş və bildirmişdir ki, gənclər sosial şəbəkələrdə düzgün istifadə etməklə ölkəmizin təbliğatını aparmalıdırlar. İslam Oyunları zamanı gənclərimizi fəal olmağa dəvət edən natiq bu gün keçirilən təlimin onlar üçün maarifləndirici olacağını diqqətə çatdırmışdır.
Daha sonra çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Binəqədi rayonun rəsmi facebook səhifəsi haqqında geniş məlumat vermiş, IV İslam Həmrəylik Oyunlarının Sosial şəbəkələrdə təbliğat kompaniyası ilə bağlı gənclərimizi aktiv olmağa dəvət etmişdir. Natiq rayonda gənclərin bu sahədə aktiv olması üçün müəyyən edilmiş haştaglar haqqında geniş məlumat vermişdir.
Sonra Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri Azər Ağayev və Səma Tağıyeva "Gəlin Həmrəy olaq " adlı təqdimat etmişdirlər.
Çıxışlardan sonra toplantını media eksperti, 7 news.az saytının rəhbəri Səbuhi Abbasov davam etdirmişdir. Ekspert "Sosial şəbəkələrdə saytlardan düzgün istifadə qaydaları”, "Saytlarla əməkdaşlığın düzgün aparılması üçün vacib olan amillər”, "Sosial şəbəkələrdə təhlükəsizlik qaydaları”, "sosial medianın əhəmiyyəti”, IV İslam Həmrəylik Oyunlarının Sosial şəbəkələrdə təbliğat kompaniyası mövzuları əsasında geniş məlumat vermişdir.
Mövzu əsasında gəncləri maraqlandırılan suallar cavablandırılmış və təlim diskussiya şəkilində davam etmişdir.
Təlimin yekun mərhələsində xatirə fotosu çəkdirilmişdir.
7News.az



Xəbər lenti