Binəqədi rayonunda Çernobıl faciəsinin 31-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir

Binəqədi rayonunda  Çernobıl faciəsinin 31-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir

26 aprel 2017-ci il tarixdə YAP Binəqədi rayon Təşkilatının akt zalında Binəqədi rayon İcra Hakimiyyətinin və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə "26 aprel - Çernobıl faciəsi”nin 31 ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, şöbə müdirinin müavini Rauf Həsənov, ƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdir müavini Rafiq İsayev, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, İctimai Şuranın sədri Aslan Mehdiyev, Çernobil Əlilləri Cəmiyyəti Rayon şöbəsinin üzvləri, İctimai birliklərin sədrləri, ASAN Könüllüləri, fəal gənclər iştirak etmişdir.

Tədbir ilk öncə vətən, torpaq uğrunda həlak olan şəhidlərimizin və Çernobıl faciəsi zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.

Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbiri giriş sözü ilə açaraq tədbir haqqında iştirakçılara məlumat vermiş və faciənin tarixi haqqında çıxış edərək bu gün dövlətimiz tərəfindən Çernobıl əlillərinə yüksək diqqət və qayğı göstərildiyini diqqətə çatdırmışdır. Natiq çıxışında bildirmişdir ki, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşayan və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərən dövlətimiz bu gün bütün dünyaya sülh mesajını verən dövlətlərdən biridir.

Daha sonra çıxış edənlər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Çernobil Əlilləri Cəmiyyəti rayon şöbəsinin sədri Məhərrəm Əliyev,Çernobil əliliXudadat Əliyev faciə haqqında danışaraq, dövlətimizin faciə qurbanlarına göstərdikləri diqqət və qayğıdan xüsusi bəhs etmişdirlər. Natiqlər çıxışlarında faciə nəticəsində 7 minə yaxın insanın tələf olduğunu, 25000 çox insanın ömürlük şikəst olduğunu və onminlərlə insanın sonsuz qaldığını qeyd etmişdir.

Tədbirin sonunda Çernobıl faciəsi səbəbindən dünyasını dəyişənlərə rəhmət, sağ qalanlara isə şəfa diləmişdirlər.

 

7News.az


Xəbər lenti