Binəqədi Rayon İcra Hakimiyyətində müşavirə keçirilib- FOTOLAR

Binəqədi Rayon İcra Hakimiyyətində müşavirə keçirilib- FOTOLAR
25 yanvar 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il  tarixli Fərmanının icrası ilə əlaqədar müşavirə keçirildi.  
 
25 yanvar 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində Rayon İcra  Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə Azərbaycan Respublikası  Prezidentinin "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli Fərmanının icrası ilə əlaqədar müşavirə keçirilmişdir.  
 
Müşavirədə "Azərişıq” ASC-nin İnkişaf və İnvestisiya Departamentinin direktoru  Toğrul Rəhimov, Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, Rayon  Prokuroru Nazim İmanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə  müdirləri, Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Azər  Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin  Binəqədi rayonu üzrə sektorunun müdiri Abuş Məmmədov və Binəqədi Enerji Təhcizatı və Satışı İdarəsinin rəisi Azad Mustafayev iştirak etmişlər.
 
Müşavirəni giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbirin mahiyyəti barədə məlumat vermişdir.
 
Sonra "Azərişıq” ASC-nin İnkişaf və İnvestisiya Departamentinin direktoru Toğrul Rəhimov çıxış edərək, Fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar "Azərişıq” ASC tərəfindən görülən hazırlıq işləri və görüləsi işlər barədə ətraflı  məlumat vermişdir. Daha sonra Toğrul Rəhimov görüləcək işlərdə Rayon İcra Hakimiyyətinin, eləcə də müvafiq strukturların köməyinə ehtiyac olduğunu  vurğulayaraq, məsələnin həllinə operativ yanaşdıqlarına görə rayonun rəhbər strukturlarına təşəkkürünü bildirdi.  Müzakirələrdə Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi rayonu  üzrə sektorunun müdiri Abuş Məmmədov iştirak edərək, öz təklif və fikirlərini  bildirdilər.
 
Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov müşavirəyə yekun  vuraraq, Fərmanının icrası ilə əlaqədar yerlərdə əhali arasında izahat və maarifləndirmə  işləri aparmaq və görüləcək işlərin operativliyini təmin etmək məqsədilə Rayon İcra  Hakimiyyəti başçısının Sərəncamı ilə xüsusi işçi qrupunun yaradılması, Rayon İcra  Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri arasında ərazilər üzrə bölgü  aparılması barədə, habelə müzakirə olunan digər məsələlərlə əlaqədar aidiyyəti üzrə  müvafiq tapşırıq və tövsiyələrini verdi.

 
7News.az

Xəbər lenti