XƏBƏR AXIŞI

Başında tük əkdirdi, komandadan qovuldu

  • 147 nəfər oxuyub
Türkiyənin aşağı dəstəsində çıxış edən "Erzurumspor"un təcrübəli futbolçusu Fahri Tatan maraqlı bir səbəb üzündən komandadan qovulub.
 
7News.az xəbər verir ki, rəhbərlik onlardan icazəsiz başında tük əkdirən Tatanı komandadan uzaqlaşdırmaq qərarına gəlib.  Klub prezidenti Ali Demirhan məsələ ilə bağlı açıqlamasında onun bacarıqlı futbolçu olduğunu bildirərək "Bizdən xəbərsiz saç əkdirdi. Ona görə də klub olaraq yollarımızı ayırdıq. Bugünə qədər göstərdiyi xidmətlərinə görə ona təşəkkür edirik" söyləyib.  
 
Çıxış etdiyi liqanın 11-ci turunda "Kömürspor"la oyunda zədələnərək müalicə üçün İstanbula göndərilən 33 yaşlı oyunçu rəhbərlikdən xəbərsiz belə addım atıb.   Digər tərəfdən müqaviləsinə xitam verilən Fahrinin 3-cü liqada çıxış edən "Sakaryaspor"la 1,5 ilik müqavilə imzaladığı müəyyənləşib.//metbuat
 
7News.az