XƏBƏR AXIŞI

Başına boru düşən məktəbli Bakıya gətirildi

  • 100 nəfər oxuyub
Masallı rayonunda idman zalında xəsarət alan məktəbli Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndərilib.

16 yaşlı Əkbər Elman oğlu Ramazanovun vəziyyəti ağır olduğundan Bakıdan rayona həkim briqadası dəvət olunub.

Ona kəllə-beyin travması, baş beynin əzilməsi, komatoz vəziyyət və sol tərəfli təpə gicgah sümüyünün sınığı diaqnozu qoyulub.

Masallı Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, Ə. Ramazanovun vəziyyəti ağır olduğu üçün bir qədər əvvəl Respublika Neyrocərrahiyyə Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Masallı rayonu 4 saylı Digah tam orta məktəbinin 9-cu sinif şagirdi olan Əkbər Elman oğlu Ramazanov idman zalında futbol oynayarkən başına boru düşüb./apa
 
7news.Az