XƏBƏR AXIŞI

“Bank Standard” əmanətçilərinə ödənilən məbləğ açıqlandı

  • 311 nəfər oxuyub

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.

Fonddan 7News.Az-a verilən məlumata görə, "Parabank” ASC-nin qorunan əmanətçilərinə 34 milyon 582 min manat, "Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 51 milyon 26 min manat, "Kredobank” ASC-nin qorunan əmanətçilərinə 26 milyon 136 min manat və "Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 milyon 858 min manatdan artıq kompensasiya ödənilib.

4 bank üzrə ümumilikdə 114 milyon 604 min manatdan artıq kompensasiya verilib.

"Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 140 min manat, "Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 876 min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə ümumilikdə 16 milyon 017 min manatdan artıq kompensasiya ödənilib.

"Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 117 min manat, "Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, "Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 978 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə ümumilikdə 145 milyon 65 min manatdan artıq kompensasiya ödənilib.

"Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 348 milyon 48 min manat artıq kompensasiya ödənişi baş tutub.

Ümumilikdə, Fond tərəfindən 10 bank üzrə 623 milyon 736 min manatdan artıq kompensasiya ödənilib.