XƏBƏR AXIŞI

Bakı Metrosunda İLK

  • 118 nəfər oxuyub

Bu gün Bakı Metropoliteninin "Xətai” stansiyasının təmirə bağlanan birinci yolu istifadəyə verilib.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, təmir işlərinə 2014-cü ilin sonlarından başlanılıb.

Bu müddət ərzində korroziyaya uğramış çuqun tunel geyimlərində sağlamlaşdırma işləri həyata keçirilib, Bütün kommunikasiya xətləri (müxtəlif təyinatlı kabellər, su xətti və s.) və buna müvafiq avadanlıqlar yenilənib. Stansiyanın I baş yolu tamamilə yenidən qurulub. I stansiya yolunun platformasının yükdaşıyan və örtük konstruksiyaları, həmçinin stansiyanın yol divarı yenidən üzlənib.

Bundan əlavə, stansiyanin platforma hissəsində də təmir-bərpa işləri aparılıb. Stansiyanın orta zalında və platformada "Durlum "GmbH”” şirkəti tərəfindən korroziyaya davamlı özəl metal asma tavan, 3D divar lövhələr və LED işıqlandırma sistemləri ilə təchiz olunub. Qeyd edək ki, ilk dəfə istifadə olunan bu materiallarla yanaşı bəzi hissələrdə mərmər-qranit örtükdən də istifadə edilib.
Ərazinin havalandırmasını həyata keçirən 26 saylı şaxtada gücləndirmə və təmir işləri aparılıb, avadanlıqlar yenilənib. Həmçinin 113 saylı şaxtada yeni havalandırma sistemi quraşdırılıb.

Stansiyanin platforma hissəsində də təmir-bərpa işləri aparılıb. Stansiyanın orta zalında və platformada "Durlum "GmbH”” şirkəti tərəfindən korroziyaya davamlı özəl metal asma tavan, 3D divar lövhələr və LED işıqlandırma sistemləri ilə təchiz olunub. Qeyd edək ki, ilk dəfə istifadə olunan bu materiallarla yanaşı bəzi hissələrdə mərmər-qranit örtükdən də istifadə edilib.

Ərazinin havalandırmasını həyata keçirən 26 saylı şaxtada gücləndirmə və təmir işləri aparılıb, avadanlıqlar yenilənib. Həmçinin 113 saylı şaxtada yeni havalandırma sistemi quraşdırılıb. //publika.az




 
7News.az