BADALYAN: ŞUŞA ÜZƏRINDƏ AZƏRBAYCAN BAYRAĞI DALĞALANSA, YEREVANDA MITINQ OLMAYACAQ

BADALYAN: ŞUŞA ÜZƏRINDƏ AZƏRBAYCAN BAYRAĞI DALĞALANSA, YEREVANDA MITINQ OLMAYACAQ

Bu gün Ermənistanda Dağlıq Qarabağa münasibət mənfidir.  

Bu barədə hüquq müdafiəçisi Mikael Danieluyanın "Dissident mətbəxi” müəllif verilişində siyasi və seçki texnologiyaları üzrə ekspert Armen Badalyan bildirib. 

"İndi 1988-ci il deyil, bunu anlamaq lazımdır. Cəmiyyətdə bir çoxları qarabağlı prezidenti və martın 1-ni görüb. Yəni əgər Qarabağda nə isə baş versə, Yerevanda 100 minlik mitinqin baş verəcəyini desələr, inanmayın. Çünki təfəkkürdə nə isə dəyişib. 1988-ci ildə  Qarabağ insanların fikrində işıqlı gələcək idi. İndi, 20 il sonra cəmiyyət və Qarabağ məsələsinin məğzi də dəyişib. Sirr deyil onlar – qarabağlılar ikinci prezidenti (Robert Koçaryanı), üçüncü prezidenti (Serj Sarkisyanı), onun qardaşlarını görüblər. Bütün bunlar bir müddət sonra öz təsirini göstərəcək izlər buraxır. Bir çox hallarda mən insanlara: Şuşa üzərində Azərbaycan bayrağının dalğalandığını görsəniz, Yerevanda 100 minlik mitinq gözləməyin. Bəlkə də, daşnaklar mitinq keçirərlər, bir neçə yüz adam toplayarlar, amma Qarabağ qələbəsi mənasını tamamən itirib”, - Badalyan bəyan edib. /oxu

7news.Az

Xəbər lenti